Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:23

«Söz azadlığı ən əvvəl Azərbaycan ailəsində boğulur»


Gülnarə Pənahova
«Uşaq anadan olan gündən valideynin ən böyük məsuliyyəti ona hüquqlarının müdafiəsində yardımçı olmaqdır».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan Azərbaycana Birgə Yardım Təşkilatının (United Aid for Azerbaijan) proqramlar rəhbəri Gülnarə Pənahova dilə gətirdi. Onun sözlərinə görə, valideynlər öz vəzifə borclarından qaçmamalıdırlar. Onları ancaq o zaman cəmiyyətə yararlı bir şəxsiyyət kimi yetişdirə bilərik ki, ilk gündən uşaqlarımızdan valideyn qayğısını əsirgəməyək.

UŞAQLAR İNTERNATLARA NİYƏ ATILIRLAR?


Təmsil etdiyi təşkilatın 1998-ci ildən təhsil və sağlamlıqla bağlı layihələr, pilotlar, sınaqlar gerçəkləşdirdiyini deyən G. Pənahova bu işdə Azərbaycan hökumətinin onları dəstəklədiyini də vurğuladı: «Bizim əsas fokus nöqtəmiz əlilliyi olan uşaqlardır».

Təşkilat təmsilçisi 2001-ci ildə əlilliyi olan uşaqların internatlara, dövlət uşaq müəssisələrinə niyə atıldığını araşdırdıqlarını da söylədi:

«Səbəblərdən birinin əlillik olduğunu müəyyən etdik. O vaxtdan bu günə kimi əlilliyə görə atılan uşaqların ailələrinə dəstək proqramı həyata keçiririk. Valideynlərin vətəndaş cəmiyyətinin fəal üzvü kimi formalaşmasında yardımçı oluruq. Cəmiyyətin əlillik barədə məlumatlandırılması istiqamətində aksiyalar həyata keçiririk».

ÖLKƏDƏ NEÇƏ DÖVLƏT UŞAQ MÜƏSSİSƏSİ VAR?

Qonağımız Azərbaycanda rəsmi statistikaya görə, 46 dövlət uşaq müəssisəsinin olduğunu dedi. «Onlardan 17-si sağlamlıq imkanları məhdud olan uşaqların yaşadığı internatlardır. 46 internatda 9176 uşaq yaşayır. Onlardan 1459-u əlilliyə görə atılmış uşaqlardır».

BƏS ƏLİLLİYİ OLAN NƏ QƏDƏR UŞAQ VAR?

Gülnarə xanım daha bir maraqlı statistika açıqladı:

«Azərbaycanda əlilliyi olan 18 yaşa qədər uşaqların sayı 55 minə yaxındır. Indi bu rəqəmi internatlarda olan 1459 nəfərlə müqayisə edin. Bu müqayisə bizdə ailə mədəniyyətinin nə qədər güclü olduğunu sübut edir».

Əlilliyə görə atılan uşaqların valideynlərini məsuliyyətlərini dərk etməməkdə günahlandıran qonağımız «elə valideynlər var ki, gözləyirlər ki, kimsə gəlsin onun problemimi həll etsin»-dedi. «Əslində isə valideyn ən əvvəl öz məsuliyyətini dərk etməlidir, ondan sonra dövlətə
Züleyxa Nəcəfova
güvənməlidir».

VALİDEYNLƏRİN DƏ YARDIMA EHTİYACI VAR

Həmin təşkilatın «Azərbaycanda həssas təbəqədən olan uşaqların ailələrində yaşamasının təmin edilməsi» layihəsinin meneceri Züleyxa Nəcəfova reablitasiya dövrü keçən uşaqlara ata-anaların necə kömək göstərəcəyini bilmədiyini, hətta valideynlərin özünün yardıma ehtiyacı olduğunu dedi. «Valideynlərin çoxu uşaqlarla necə məşğul olacaqlarını, uşağın daxilindəki potensialı hansı yollarla üzə çıxaracağını bilmir».

KİTAB HAZIRLADIQ


Xarici təlimçilərin və öz təcrübələrinin sayəsində təşkilatın bir rəhbər kitabının hazırlandığını deyən Züleyxa xanım həmin kitabın valideynlərə pulsuz paylandığını da diqqətə çatdırdı. «Bakı Uşaq Nevroloji Dispanserində uşaqların internata düşməsinin səbəblərini araşdıranda, belə nəticə alındı ki, uşaqlar internata birincisi, ailələrin yoxsulluğu səbəbindən verilir. İkincisi, ailələrin dağılması səbəbindən, üçüncüsü isə, əlilliyin ucbatından. Bu onu göstərir ki, bizim ailə institutu çox möhkəmdir. Bunu bizə xaricdən təlim keçməyə gələnlər də deyir».

- Xaricdən gələnlərə «Azərbaycan ailəsində ən xoşladığınız nədir» sualını ünvanlayan qonaqlarımız hansı cavabı alırlar?

- Gülnarə xanım «böyük danışan yerdə kiçik susmalıdır» Azərbaycan misalını niyə bəyənmədi?

- Niyə bu misalın Azərbaycan ailələrində söz azadlığının boğulmasına gətirib çıxardığını söylədi?

Qonaqlarımız yapon və amerikan ailələrində uşaq tərbiyəsi ilə bağlı aparılan eksperimentlərin üzə çıxardığı fərqləri necə izah etdi?

- Əlilliyi olan uşaqları necə böyütmək lazımdır? Onlara hansı sərbəstliyi vermək mütləqdir?

- Azərbaycana Birgə Yardım Təşkilatı ölkədə yaratdığı Mərkəzlərdə hansı işlər görür?

«Can Bakı»nı dinləyin.

XS
SM
MD
LG