Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:59

Vətəndaş dövlətin verdiyi pulla razılaşmadıqda nə etməlidir?


Nüsrət İbrahimli
Nüsrət İbrahimli
«Prezident bir kvadratmetrin orta qiyməti deyəndə, mənzilin xərc qiymətlərini nəzərdə tuturdu. Amma mənzil bazarındakı formalaşmış qiymətlər xərc qiymətlərindən fərqlidir».

Bunu «İşdən sonra» proqramında MBA LTD şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib. Füzuli küçəsində tikiləcək «Qış parkı»na görə evləri sökülən sakinlərin məsələsinə gəldikdə ekspert deyib ki, həmin ərazi üzrə yaşayış mənzillərinin bir kvadratmetrinin orta bazar qiyməti 1800 manata yaxındır. Hətta qiymətdə təmir də nəzərə alınır. Əgər həmin sakinlərin fərdi ev üzərində torpaq sahəsinə mülkiyyət hüquqları varsa, torpaq sahəsinin bir kvadratmetrinin orta bazar qiyməti 2400 manat edir. Ekspert deyir ki, yaşayış sahəsi və üstünə gəl mülkiyyət qiyməti birlikdə bir kvadratmetr üçün 3500 manat edir.

Nüsrət İbrahimli deyir ki, vətəndaşlar qanunvericiliyi əldə tutaraq addım ata bilərlər. Ekspert bildirib ki, mənzillər dövlət ehtiyacı üçün alındıqda bir il əvvəlcədən vətəndaşlara xəbərdarlıq edilməlidir və kompensasiya bazar qiymətinə uyğun verilməlidir. Hətta vətəndaş dövlətin verdiyi pulla razılaşmadıqda müstəqil qiymətləndiricilərdən də istifadə edə bilər.

Ekspert deyib ki, həmin ərazidə yeni tikilən binalarda təmirsiz mənzilin bir kvadratmetrinin qiyməti 1200-1300 manatdır. Təmir pulu isə 220 manat edir.

Bazar iştirakçısı bildirir ki, problem əsasən ondan qaynaqlanır ki, bir çox vətəndaşların həmin ərazidə 20-30 kvadratmetr mənzil sahəsi varsa, o həmin pulla yeni binadan mənzil ala bilmir. Çünki yeni binalarda birotaqlı mənzilin sahəsi ən azı 50 kvadratmetrdir. Ekspert təklif edir ki, vətəndaşları narazı salmamaq üçün heç olmasa dövlət onlara birotaqlı mənzil təklif etməlidir.


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG