Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:13

Yaşar Nuri həbsdə olanlar, Dubay mülkləri və s. barədə


Yaşar Nuri
Yaşar Nuri
«Mən həbsdə olan jurnalist və bloqqerlərə açıq qapı arzu edirəm. Allah qapılarını açıq etsin, yazıb-yaratsınlar».

Xalq artisti Yaşar Nuri «İşdən sonra»da belə deyib. Nurinin sözlərinə görə, bir çoxlarının azad olunması, əfv olunması üçün imzası olanların arasında onun da imzası var: «Çox risklə atmışam bu imzaları».

Yaşar Nuri deyir ki, kimin harada mülkü var, mənim onlarla maraqlanmağa vaxtım yoxdur:

«Prezidentin sarayı da olmalıdır, evi də olmalıdır. Allah bol eləsin. Hər halda prezidentdir».

Yaşar Nuri ilə müsahibədən sitatlar:

- Məmməd Əmin Rəsulzadənin portreti fonunda şəkil çəkdirmək bizim üçün də böyük şeydir.

- Mən deyə bilmərəm hanı Qarabağ? «Buduree Qarabağ» - onu deyə bilərəm.

- Bizim ən böyük problemlərimizdən biri ziyalı problemidir.

- Ziyalının ağzından gərək dürr tökülsün.

- Mən arzu edərdim ki, bizim ziyalılar xalqı öz ardınca düz istiqamətdə apara bilsin.

- Hakimiyyət tənqidi qəbul edir.

- Razı şeyləri demək asandır, amma narazılıq çoxdur.

- Yalandan siyasətdən danışanda, o siyasətçiyə mənim gülməyim tutur.

- Millətə vəkilliyi, vəzirlikdən çox edirəm.

- Mənim plarformam xalqı sevməkdir.

- Məndən nə şah olar, nə vəzir.

- Sənətkara qiymət qoyulur.

- Vay o gündən ki, sənətkara vida mərasimi keçirəsən, amma heç kim gəlməyə.

- Çox insan rütbə üçün Həccə gedir-gəlir ki, ona da Hacı desinlər.

- Mənə Əzrayılın siyahısında yer tapılmadı.

- Gündə 40 dəfə salam deyirəm, amma əlvidanı bir dəfə deyəcəm.



/Hazırladı Kamran Mahmudov/

MÜSAHİBƏNİN MƏTNİNİ BURADA OXU
XS
SM
MD
LG