Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:34

Daşqın bölgəsində kompensasiya narazılığı


Deyəsən, kompensasiya və evlərin bərpası məsələsi reallaşır. Ancaq təklif olunan məbləğ yerli camaatın ürəyincə deyil.
Deyəsən, kompensasiya və evlərin bərpası məsələsi reallaşır. Ancaq təklif olunan məbləğ yerli camaatın ürəyincə deyil.
Hələ mayın 7-də ölkə ərazisində baş vermiş daşqınlarla bağlı keçirdiyi müşavirədə prezident İlham Əliyev təbii fəlakətdən ziyan çəkən əhaliyə vəd vermişdi ki, onlara kompensasiya ödəniləcək, hərtərəfli kömək göstəriləcək, sosial problemləri həll olunacaq. İyulun 13-də Nazirlər Kabinetinin iclasında prezident yenə bu məsələyə toxundu. Dedi ki, qış gələnə qədər daşqından ziyan çəkmiş evlər bərpa olunacaq.

Deyəsən, kompensasiya və evlərin bərpası məsələsi reallaşır. Ancaq təklif olunan məbləğ yerli camaatın ürəyincə deyil.

Sabirabad rayonunun Qasımbəyli kəndinin sakini Fətulla Fətullayev deyir ki, iyulun 14-də rayonun icra başçısı Heydər Abbasov su basmış kənd sakinlərinin bir qrupunu qəbul edib. Deyib ki, evləri uçan ailələrin evləri tikilməklə hər bir ailə üzvünə birdəfəlik 200 manat, bərpaya ehtiyacı olan evlər isə bərpa olunmaqla hər bir ailə üzvünə 300 manat kompensasiya ödəniləcək:

«DEDİ BUNDAN ARTIĞINA ÜMİD ELƏMƏYİN»

«İcra başçısı bizə dedi ki, artıq bu qərar qəbul olunub, bizə deyilib, biz də sizə deyirik. Bundan artığına ümid eləməyin. Biz də etiraz eləyib başçının qəbulundan çıxdıq. Dedik 300 manat 3 metr suyun altında qalan ərazinin hansı dərdinə çarə olacaq, nə dərəcədə ədalətlidir».

Su basmış Sabirabad rayonunun Azadkənd kəndinin sakini Hacı Əliyev də deyir ki, iyulun 15-də bələdiyyədən və yerli icra orqanlarından gəlib camaata kompensasiya haqqında məlumat veriblər. Qırılmış mal-qaraya, əkin sahələrinə görə əlavə pul verilməyəcək. Hacı kişi deyir ki, 20 gündür onlara ərzaq yardımı da
«Dedik 300 manat 3 metr suyun altında qalan ərazinin hansı dərdinə çarə olacaq»
verilmir:

«BU MƏBLƏĞ BİZİ QANE ELƏMİR»

«Həyətimdə 400 ağacım vardı, bir-ikisi qalıb, hamısı yandı. 5 hektar yoncalığım var, onu şumlayıb əkmək üçün 2500 manatdan çox pul lazımdır. Toyuq-cücəmiz, mal-heyvanımız vardı ki, hamısı məhv oldu. Camaatın hamısında eləydi. Bu məbləğ bizi qane eləmir. Prezident isə deyirdi ki, bizə heç bir yardım lazım deyil, Azərbaycan super dövlətdir. İndi icra nümayəndəsinin belə deməsi bizi çox təşvişə saldı, belə şey olar. Həftədə bir dəfə bizə ərzaq verməlidirlər, 20 gündür onu da vermirlər».

Azadkənd bələdiyyəsinin sədri Kərəm Nəsirov isə deyir ki, kompensasiyanın verilməsi və evlərin bərpası yaxın vaxtlarda müəyyənləşdiriləcək:

«BU, DÖVLƏT KOMİSSİYASININ QƏRARIDIR»

«Evləri uçanlara evləri tikilmək şərti ilə ailə üzvlərinin hər birinə yuxarı məbləğ 1000 manat olmaq şərti ilə 200 manat kompensasiya veriləcək. Yəni ailə üzvü 2 nəfərdirsə 400 manat, 5 nəfərdirsə, 1000 manat, 6 nəfərdirsə, yenə 1000 manat veriləcək. Mütəxəssislər müəyyənləşdirəndən sonra bərpa olunmalı evlər bərpa olunacaq, onlara yuxarı həddi 1600 manat olmaqla hər bir ailə üzvünə 300 manat veriləcək. Bu, dövlət komissiyasının qərarıdır».

Emil Məmmədov
O ki qaldı ərzağın verilməməsinə, Kərəm Nəsirov deyir ki, siyahılarda dəqiqləşmə getdiyi üçün bir neçə gündür ərzaq verilmir, ancaq sabahdan - iyulun 16-dan veriləcək.

Bölgədə fəaliyyət göstərən «Demokratiyaya Yardım» ictimai birliyinin sədri Emil Məmmədov isə deyir ki, su basmış rayonlarda vəziyyət çox ağırdır. Camaat qışa qədər evlərinə köçəcəyinə inanmır:

«QIŞA NƏ QALIB Kİ…»

«Qışa nə qalıb ki, yayın yarısı keçib. Mən bilən bu, mümkün deyil. Ancaq işlər yaxşı təşkil olunsa, təmiz əllərə tapşırılsa, nəsə eləmək olar».

Saatlı, Sabirabad və Salyan rayon icra hakimiyyətlərindən isə bildirdilər ki, hazırda məsul şəxslərin başı su basmış kənlərin camaatının qəbuluna qarışıb, ona görə də ətraflı məlumat verə bilmirlər.

Rəsmi məlumata görə, bu ilin yazından başlayaraq ölkənin 40 rayonunun ərazisində subasma halları olub, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalı vəziyyətə düşüb, 50 min hektar əkin və örüş sahəsini su basıb.
XS
SM
MD
LG