Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:56

Müxalifətə istədikləri yerdə aksiyaya icazə verilsə...


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
«Hazırda həbsdə olan cəbhəçi və müsavatçılara hətta yemək də birgə aparılır».

Bunu Azadlıqradiosunun «İşdən sonra» proqramında Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, artıq qüvvələr arasında yaxınlaşma hiss olunur.

«Cəbhəçilər də, müsavatçılar da həbsdədir. Onlara hətta yemək ümumi şəkildə aparılır. Orada heç bir ayrılıq yoxdur. Bir gün Xalq Cəbhəsi, bir gün Müsavat Partiyası. Bu şəkildə bu məsələlər həll olunur. Bundan bir qədər əvvəlkinə nisbətən yaxınlaşma baş verib. Və bu, müsbət haldır».

31 iyul Müsavat və AXCP-nin birgə aksiyasından danışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müxalifəti gücsüz adlandıranlara mesaj göndərib. O deyib ki, onlara istədikləri yerdə aksiya keçirməyə icazə verilsə, bu cür düşünənlər müxalifətin gücünü görərlər.

Arif Hacılı
«Azərbaycan hakimyyəti belə düşünürsə ki, müxalifətin doğrudan real gücü yoxdur, onda razılıq versinlər, qanuni hüquqlar təmin olunsun. Biz orada aksiyanı keçirək Doğrudan da zəif olsaq, hamı görsün Azərbaycan müxalifəti zəifdir, Azərbaycan müxalifəti gücsüzdür. Deməli, bizim gücümüzə görə, bizim ora yığacağımız izdihama görə Azərbaycan iqtidarı narahatdır».

Aksiyalarda iştirak edən insanların sayının az olmasına gəldikdə isə Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı deyib ki, insanlar yaradılmış siyasi xofdan ehtiyatlanırlar.

«Azərbaycan əhalisinin mütləq əksəriyyəti Azərbaycan müxalifətinin tərəfindədir. Azərbaycan əhalisinin əksəriyyəti Azərbaycan hakimiyyətinin siyasətindən narazıdır. Sadəcə olaraq Azərbaycanda elə dəhşətli xof yaradılıb, insanlar üçün siyasi fəaliyyətlə məşğul olmaq o qədər təhlükəli bir işə çevrilib ki, hətta kifayət qədər qanacaqlı, qabiliyyətli, savadlı gənclər belə siyasi proseslərə qoşulmaqdan, yəni açıq şəkildə qoşulmaqdan ehtiyyat edirlər».

XS
SM
MD
LG