Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:00

“Daşkəsən işi”nin məhkəməsi başlayıb


Avqustun 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsinin zabitlərinin məhkəməsinə hazırlıq iclası keçirilib. Prosesə hakim Rəşid Hüseynov sədrlik edir.

Hərbi hissənin zabitləri Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev rüşvət almaqda, hakimiyyətdən sui-istifadə etməkdə, hakimiyyət həddini aşmaqda, hərbi qulluqçunu təhqir etməkdə ittiham olunurlar.

Məhkəmə prosesi avqustun 26-da olacaq.

2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgərlər Elxan Əzizovla Sadiq Məmmədov hərbi hissənin divizion komandiri, polkovnik-leytenant Yusif Gümayevi, qərargah rəisi, kapitan Vasif Sadıxovu, baş leytenant Anar Quliyevi və gizir Elgün Səmədovu qətlə yetirib, zabitlər Vazeh Babayevlə Samir Abbasovu yaralayandan sonra özlərini öldürmüşdülər.

XS
SM
MD
LG