Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:36

200-ə yaxın gənc təhsil üçün xarici ölkələrə göndərilcək


2010-2011-ci tədris ilində Dövlət Proqramı çərçivəsində 200-ə yaxın gəncin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi nəzərdə tutulur.

Məlumatı Prezident Yaninda Təhsil üzrə Komissiya yayıb.

Məlumatda qeyd olunur ki, prezidentin müvafiq sərəncamına uyğun olaraq «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində indiyədək 512 gənc təhsilin müxtəlif pillələri üzrə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Türkiyə, Rusiya və digər ölkələrdə təhsil alır.

Onlar əsasən iqtisadiyyat və idarəetmə, informasiya-telekommunikasiya texnologiyaları, sosial elmlər, mühəndislik, hüquqşünaslıq və tibb sahələrində təhsil almaqdadırlar.

Məlumatda bildirilir ki, builki tədris ilindən etibarən xarici ölkələrdə informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya və kimya ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına üstünlük veriləcək.
XS
SM
MD
LG