Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:59

«Qara transplantasiya» ilə məşğul olanlar məsuliyyətə cəlb ediləcək


Azərbaycan və Ukrayna insan orqanlarının «qara transplantasiya»sı ilə bağlı işi birgə araşdıracaqlar. Azərbaycanın Baş prokuroru Zakir Qaralov bildirib ki, Ukraynanın Daxili İşlər nazirliyi belə bir əməkdaşlıq üçün müraciət ediblər:

«Biz hüquqi yardım haqqında ikitərəfli əməkdaşlıq çərçivəsində bu faktın araşdırılması üçün ukraynalı həmkarlarımıza kömək etməyə hazırıq».
Bəzi KİV-də guya Azərbaycanda Ukrayna və İsrail vətəndaşlarının insan orqanlarının «qara transplantasiyası»nı həyata keçirən tibb müəssisələri haqqında məlumat yayılmışdı.

Azərbaycan Baş Prokurorluğu bu məsələyə aydınlıq gətirilməsi üçün qurumun Beynəlxalq Əlaqələr İdarəsinə Ukrayna Baş Prokurorluğunun müvafiq strukturları ilə əlaqə saxlamaqla bağlı tapşırıq vermişdi: «Əgər bizim həkimlər belə cinayətlər törədiblərsə, onlar mütləq cinayət məsuliyyətinə cəlb olunacaqlar». /Trend/
XS
SM
MD
LG