Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:54

Böhtanlar türk yazarı “zənginləşdirir”


Türkiyənin iqtidara sərt müxalif mövqeyi ilə tanınan yazarlarından Yalçın Kiçik məhkəmə yolu ilə iqtidara yaxın ATV kanalından 10 min dollar təzminat qazanıb.

Professor Kiçikin məhkəməyə şikayət ərizəsi verməsinə ATV kanalının 2008-ci ilin noyabrında onu “Ergenekonçu və PKK-çı” kimi təqdim etməsi səbəb olub.

Yalçın Kiçik ATV-nin ödəyəcəyi təzminatla bağlı “Çox qazandıq, çox qazanacağıq. Növbəti kitabımızın çapını maliyyələşdirəcəyik”- deyib.

“Ergenekon” adı verilən prosesin üçüncü ittihamnaməsinin birinci sıradakı şübhəli şəxsi kimi göstərilən Yalçın Kiçik 2009-cu il yanvarında 7-də polis nəzarətinə alınıb, bir neçə gün polisdə qalandan sonra sərbəst buraxılıb.

Nəzarətə alınanda polis maşınına mindirilən professor Kiçik “Bu, cümhuriyyət uğrunda mübarizədir. Biz də bu mübarizənin önündə gedirik”-deyib.

Sərbəst buraxılandan sonra prokuroluqda və məhkəmədə ifadələr verən professor Kiçik hökuməti “Türkiyənin dünyəvi rejimini dəyişdirmək istəməklə” günahlandırıb.

İqtidara yaxın medianın “böhtanlarına məruz qaldığını” iddia edən professor Kiçik, indiyə qədər ATV, Samanyolu kanallarından və bəzi qəzetlərdən təxminən 100 min dollar təzminat qazanıb.

1.5 il əvvəl Məhmət Əli Birandın Kanal D-də yayınlanan 32-ci gün proqramında iqtidarı dəstəkləyən bir jurnalistlə polemikaya girən Yalçın Kiçik masanın üstünə düzdüyü təxminən 15 kitabını bir-bir studiyanın ortasına ataraq belə deyib : “Mən kitab yazmıram, bomba atıram”.
XS
SM
MD
LG