Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Məlihə Əzizpur "Mənə bir küçə bağışla!"















1.
...

Gecə olsaydım!
Zil qaranlıq.
Və sən, dolunay müjdəsi.
Gümüş ışınlarınla
Saçlarını darasaydın
Şam ağaclarının...

Gecə olsaydım!
Gözəl yorğunluq.
Sən, ulduzların şayrışması.
Ürəyim,
Axan bir ulduz axışı...
Qutsasaydım gözlərini
Geniş bir düşüncə kimi
Dərin bir soru kimi...

Gecə olsaydım!
Sukuta boğulmuş.
Fışqıran bir mahnı olsaydın
Düşüncələrimin qatından.
Yumşaq addımlarla gəlib
Çalsaydın yalqızlığımı.
Əl ələ gəzsəydik
Dünyanın bütün küçələrini...


* * *

Gecədir!
Duyğularıma səslənirəm
Əfyun sözcüklərlə!
Sən,
Sonsuzluğu dəvam edirsən
Ruhumun dolanbac yollarında.
Gönlüm axır sənə,
Qutsanıram.
Tam içimə qapanıram,
Qap - qaranlıq
Yop - yorğun
Sam - sakit bir
Gecə kimi...


2
...

Mənə bir küçə bağışla!
Tam dənizə açılsın gözləri.
Martılar keçsin xəyalından
Səhər- axşam.
Və, uzaqdan gələn gəmilərən səsi ilə
Döyünsün ürəyi...

Mənə bir küçə bağışla!
Yolçuların,
Ayaq səsi ilə oyansın.
Mahnı səsi ilə oynasın.
Və, bir sevda xəyalı ilə
Uyusun...

Mənə bir küçə bağışla!
Gözlərindən,
Ürəyinə
Köçə biləcəyim bir küçə...


3
...

Dolu gedir
Boş qayıdır gəmilər.
Boş gedir
Dolu dönür
Gəmilər.
Ürəyimi aparırlar- gətirirlər
Gəmilər.
Və,
Haradasa batmış
Bir balıqçının
Xəyalına dalmış,
Qoca körfəz ...

www.dayaq.org
XS
SM
MD
LG