Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:51

Human Rights Watch WikiLeaks-ın məlumatlarını araşdırmağa çağırıb


Human Rights Watch təşkilatı İraqın hakim dairələrini yerli təhlükəsizlik qüvvələrinin məhbuslara işgəncə verməsi və onlarla amansız davranışını araşdırmağa çağırıb.

Qeyd edək ki, Viki Liks (WikiLeaks) internet saytı bu cür hallarla bağlı minlərlə məxfi sənədlər yayıb.

Təşkilat həmçinin Vaşinqtonu işgəncə təhlükəsi ola-ola məhbusların yerli qüvvələrə təhvil verilməsi, bunun beynəlxalq normalara uyğun olub-olmaması ilə bağlı istintaq aparmağa çağırıb.

Bu sənədlərdə İraq müharibəsində 109 min adamın , ö cümlədən 66 min dinc sakinin öldüyü, həmsxanalarda məhbuslara işgəncələr verildiyi, onların ələ salındığı bildirilir.

Vaşinqton saytın bu materialları yaymasını itiham edib və bildirib ki, bu cür informasiyaların sızması ABŞ və İraq qüvvələrinin taleyini təhlükə altında qoya bilər.

Saytın banisi Julian Assanc bildirib ki, bu sənədlər müharibə barədə tam həqiqətləri əks etdirir.
XS
SM
MD
LG