Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:25

Bakı Şəhər Onkoloji Dispanseri bağlandı


Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı Şəhər Onkoloji Dispanseri bağlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, müəssisə artıq fəaliyyətini tam dayandırıb. Onun sözlərinə görə, dispanserin işçiləri çox qısa müddət ərzində işlə təmin ediləcək, xəstələr isə digər müəssisələrə köçürüləcəklər. Anar Qədirli deyib ki, dispanserin həm həkim heyəti, həm də orta tibb işçilərinin hamısı nazirlik tərəfindən işlə təmin ediləcək.

A. Qədirli ölkədəki digər onkoloji tipli müəssisələr üçün analoji tədbirin gözlənmədiyini də söyləyib.

Dispanserin bağlanmasına əsas kimi onun təkrarlanan müəssisə olması göstərilir.
Dispanserin işçiləri isə onun bağlanmasına etiraz olaraq bu gün aksiya keçiriblər, amma polis aksiyanı dağıdıb. Onlar işsiz qala biləcəklərindən narahatdırlar.
XS
SM
MD
LG