Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:25

Mən şahə qalxmış atam! (Nuridə Atəşi həyat hekayətini danışır)


Nurida Ateshi
Nurida Ateshi
Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşinin "Gəl günaha bataq" kitabından


ANAM ƏSL AMAZON İDİ


Anamın doqquzuncu hamiləliyi idi. Ağrısı elə atın belində tutur. Atı dördnala çaparaq birtəhər özünü evə yetirməyə çahşır.

Qonşunun qapısından keçərkən tez bizə gəlməsini söyləyib özünü güclə həyətə çatdırır.

Pilləkənləri qalxa bİlməyəcəyini anlayaraq həyətdə böyük qoz ağacının dibındə salınmış xalçanın üzərinə çöküb dərindən nəfəs alır, sancıdan qovrulan, bükülmüş belini bir az dikəldir, iki əlini ağaca dirəyib bir göz qırpımmda məni dünyaya gətirir.

Qonşu gəlib çatınca, göbəyimi də özü kəsibmiş.

Halbuki, indiki bəzi qadınlar uşağın dünyaya gəlməsinə iki ay qalmış gedib xəstəxanaya girirlər, qorxularından əməliyyat etdirirlər, ya da heç güc iynəsi ilə də doğa bilmirlər.

Evimiz Böyük Qafqaz sıra dağlarının lap ətəyində idi. Qədim Qəbələ mahalının (indiki Oğuz rayonu)nun Xaçmaz dərəsi adlanardı bura.

Azərbaycanın səfalı guşələrindən olan bu şimal rayonları xalqımızın həyatında çox əhəmiyyətli bir yer tutur.

Uşaqlığım burada keçmişdi. Evin doqquzuncu uşağı və altıncı qızı idim. Atam məni oğlan kimi boyüdüb tərbiyə edirdi.

Hara getsəydi məni yanında, ya da atının tərkində özü ilə aparardı.

Qəbələnin, Oğuzun bütün dağlarını, meşələrini onunla qarış-qarış gəzmişəm, hər yeri ovcumun içi kimi tanıyırdım. Ən sevimli oyuncağım atamın ov tüfəngi idi. Bir göz qırpımında söküb yığardım.

Meşələrdə, dağlarda bir dağ keçisi qədər azad idim. Məncə o dağlar, dərələr, gur sellər, o füsunkar təbiət məni şair etdi. 8-9 yaşımda artıq şeir yazırdım.

Yaman tənbəl idim amma.

Ev işlərini heç sevməzdim. Atam da hamıya beləcə söyləyərdi: "Mənim uşağımla işiniz olmasın.

O oxuyub alim olacaq". Böyük bacı-qardaşlarım da mənə istehza edərək: - Bu eybəcər qaraçıya oxşayandan heç nə çıxmaz, - deyirdilər.

Indi anlayıram ki, mübarizəyə, haqsızlığa qarşı savaşlara ilk olaraq elə evimizdə başladım.

Atamın məni daha çox sevməsini nə anam, nə də digər bacı-qardaşlarım heç vaxt bağışlamadılar.

Mən isə bütün mehrimi ona salmış, onunla sanki nefəs alırdım. Həmişə qucağında yatardım. Atam mənim hər şeyim idi.

Soyuq qış günlərindən biri idi. Ən azı bir metrədək qar yağmışdı. Heç indi o qədər qar yağmır,

Həyətimizə bir maşın odun gətirmişdilər. Qonşu uşaqlar odunu yarıb qurtarmışdı, hamısını evə daşımaqsa mənim və bacılarımın öhdəsinə düşmüşdü.

Qarnımı tutub isti yorğanın altına girərək özümü xəstəliyə vurdum. Və başladım "Min bir gecə" nağılları oxumağa. İlk erotİk fantaziyaları məndə bu nağıllar yaradıb.

Qış tətili idi. Üç gündən sonra odunlar tamam daşınıb qurtardı, lakin mənim hələ yataqdan qalxmaq fıkrim yox idi. Çünki "Min bir gecə"ni oxuyub qurtarammamışdım.

Evdə belə kitablar oxumağa icazə vermirdilər və mən üz qabığmı cırıb digər kitablarımın arasına qoyaraq oxuyurdum. Dərs oxuyurmuş kimi.

Hələ ayağa qalxa bİlməməyimdən narahat olan atam "Birdən uşağa bir şey olar, mən onu bir həkimə aparım" deyərək məni oxşaya-oxşaya geyindirdi.

Atamla hər dəfə rayon mərkəzinə gedəndə mənə çoxlu kitab-dəftər, təzə paltar alardı deyə, bu sözdən çiçəyim çırtladı ve o saat geyinib maşına oturdum.

İLK MÜBARİZƏ

Rayonun mərkəzi xəstəxanasında yekəpər bir həkim vardı. Əlinə kim keçdi tutub əməliyyat edər və xəstənin sahiblərindən kalan pul qoparardı. Bəxtimdən atam məni düz onun yanına gətirdi.

Həkim yekə əlləriylə qarnımı xeyli əlləşdirdikdən sonra başını bulayaraq atamdan soruşdu - "Ağrıları nə vaxtdan başlayıb? Atam: - "Üç gündür" - deyəndə kişinin qırışığı açıldı: - "Yaman gecikdirmisən. Təcili əməliyyat etməliyəm.

Kor bağırsağın iltihabıdı, hər an partlaya, uşaq əlindən gedə bilər".

Əyilib atamın qulağına:- "Get, filan qədər pul gətir", bərkdən isə: "Amma sən gəlincə gözləmək olmaz, mən əməliyyat eləməliyəm", - dedi.

Atam doluxsunub əlini başıma çəkərək: - "Əlbəttə sən gözləmə, əlindən gələnı et, həkim, mənim balamı qurtar", - dedi və həkimlə birlikdə bayıra çıxdılar.

Ürəyimdə: - "Ay eşşək oğlu həkim, mən sənin başına bir oyun açım ki, bir də heç kəsi yalandan kəsib doğramayasan".

Bir azdan iki şəfqət bacısı gəlib məni palataya apardı. Ovcuma bir neçə dərman töküb: - "İç" dedilər.

Dərmanı sakitcə alıb dilimin altına yığdım, ancaq udmadım və ufuldamaqda davam etdim. Çarpayıya uzandıqdan sonra, bir azdan yavaş-yavaş səsimi kəsdim.

On üç yaşım ola, ya olmazdı. Kinolarda görmüşdüm ki, dərman yavaş-yavaş təsir edir. Onlar mənim artıq yatdığımı zənn edərək otaqdan çıxdılar.

Bir anlığa həkimin yekə və kobud əlləri gözümün qabağına gəldi. O qarnımı gərək elə böyük yaraydı ki, o əllər ora girə bilsin. Ay yardın ha...

Sivrilib çarpayıdan düşdüm. Astaca dəhlizi gözdən keçirdim. Bir neçə ağxalatlı arxası qapıya tərəf dayanaraq söhbət edirdi.

Xalatı əynimdan çıxanb bir kənara tulladım, barmaqlarımın ucunda koridora çıxdım, nəfəsimi içimə çəkərək bir anda pillələri endim və həyətə düşdüm. Ağacların arasıyla qaçaraq küçəyə çıxdım.

Güllə kimi uçurdum. Mənə artıq kimsənin çata biləcəyini zənn etmirdim. Ayaqlarımın üşüdüyünü hiss edəndə baxdım ki, ayaqqabılarım yaddan çıxıb.

Nəfəsimi dərim deyə, arxaya çevriləndə isə gördüm bir dəstə ağxalatlı arxamca qaçır. - Ay çatdınız ha, fikirləşərək ilk tindən buruldum.

Burada atamın işlədiyi Su İdarəsi olduğundan yaxşı tanıyırdım və dar, gizli yollarla qaçıb özümü avtobus vağzalına yetirmək istəyirdim. Elə bu an kimsə başını göy rəngli "Volqa" maşınının pəncərəsindən çıxarıb qışqırdı: - Ay bala, hara qaçırsan, belə?

Bu, atamın iş yoldaşı, həm də qonşumuz idi. Çiçəyim çırtladı sanki. Özümü maşının içinə atıb: - "Tez məni evimizə çatdır" - dedim.

Yolda qonşumuza hər şeyi danışmış, atam mənə acıqlanmasın deyə olanları başa salmasını xahiş etmişdim.

Biz evə çatanda atam hələ yır-yığışda idi. Məni görəndə gözləri heyrətdən kəlləsinə çıxdı. Amma qonşumuz hər şeyi yoluna qoydu.

Beləcə böyüdüm. Orta məktəbi əla qiymətlərlə bitirdim.

Sənədlərimi Bakı Mədəni Maarif Texnikumuna təqdim etdim. Qəbul imtahanlannda müəllimlər sənədlərimi niyə birbaşa instituta vermədiyimi təəccüblə soruşdular.

Öz-özümə sual etdim:-Doğrudan niyə? Tezcə də öz sualımın cavabı beynimdə hazır oldu:- Evdə Bakıya gəlməyimə belə narazı idilər.

Həm də özüm nəyə qadir olduğumu hələ bilmirdim.Öz gücümə, istedadıma o qədər də bələd deyildim. Texnikumu qırmızı diplomla bitirdim.

Təyinatımı rayonumuza, kəndimizə aldım, daha doğrusu zorla verdilər

(Yalnız şəhər uşaqlarının Bakıda qalmağa ixtiyarı var idi).

Kəndimiz çox geridə qalmışdı. Baxmayaraq ki, qədim idi, on minə yaxın əhalisi vardı. Amma gözdən-könüldən iraq bir yerdi. Yalnız 1963-cü ildə oraya elektrik xətləri çəkilmişdi.

İndi kəndə gedib gecələr lampa işığında oturanda elə bilirəm daş dovrünə düşürəm. Nə diqqət edən var, nə də bu zavallı kənd camaatının halına bir yanan.

Hələ məktəblərin halını, digər sosial obyektlərin vəziyyətini heç demirəm. Nə qaz, nə əməlli-başlı su kəməri vardı. İnsanların yaşayışı dəhşətli vəziyyətdədir.
Əgər bu ucqar kənd Nuridə Atəşini bu şərtlərlə yetiribsə, demək orda yeni Nuridələr var.

Mən doğulub böyüdüyüm el-obama yararlı olmaq, fayda vermək istəyirdim. Mədəniyyət evində işə başladım.

Kəndə bir canlanma gətirmişdim. Konsertlər verməyə, gəncləri cəlb etməyə, kəndin gələcəyi üçün çalışmağa səy göstərsəm də, çox çətin idi.

O günün, zamanın tələbləriylə yanaşsaq, bu o qədər də asan deyildi. Gənc və gözəl olduğumdan kəndin oğlanlarının da ağlını yerindən oynatmışdım.

Hərçənd ki mənə yaxınlaşmağa heç birində cəsarət yox idi. Elə uzaqdan həsrətli gözlərlə baxırdılar, vəssalam.

Yəqin kimsə güclü çıxıb məni ya zor gücünə, ya da sevgi ilə ram etsə, alsaydı, yəqin ki indi 8-10 uşaq doğar, sadə bir kənd arvadı olardım.

Ayağı qaloşlu, başı bağlı inək sağan, toyuq-cücə saxlayan, abırlı kənd arvadı...

Məndən böyük bacım Rəqimə kimi. Hər dəfə kəndə gedəndə onun halına için-için ağlayıram.

Əslində o məndən güclü, məndən bacarıqlı idi. Məktəbi qurtarar-qurtarmaz "Zil" maşını olan bir oğlana bənd oldu və atdı özünü oda. Hələ də yanır. Ömrü boyu da yanacaq bu odda.

Anam:- "Nə qədər ki, adı, abrı üstündədir, birinə verək getsin, ev-eşik sahibi olsun", - deyə atama təkid edirdi, mənsə təhsilimi davam etdirmək üçün Bakıya qayıdacağımı israrla söyləyirdim.

Bir gün qonşu Mollalı kəndindən atamın ovçu dostu oğluna görə bizə elçi gəldi. Atamla bizə gələndə Abdallı meşələrində ceyran ovlar, gecəylə gətirib gizlincə soyar, hazırlar, 3 gün ceyran kababı yeyerdik.

Onlar aynabənddə oturaraq anamın bişirdiyi plovu ləzzətlə yeyir, araqdan vurur, sağlıq deyir, şirin-şirin söhbətləşirdilər. Mən də içəridən bütün söhbətlərini eşidirdim:

- Sən əgər mənim evimə gəlib uşaqlarımın birinin başını kəssən, mən sənə yox demərəm, balalarım sənə qurbandır. Bilirsən, mən sənin kıçık qızını ogluma ıstəməyə gəlmişəm.

Onlar Nic bazarında (Qəbələnin bazarı) qoz alveri edirdilər.

Atam getdikcə yumşalırdı. Çünki çox mohkəm dost idilər. Qapını tappıltı ilə açıb düz gəlib qarşılarında dayandım; - Ata, sən məni hara verirsən? Heç onun oğlunu tanımıram, bu hansı zəmanədir?

Mən oxuyacağam hələ, deyərək, atama yalvarmağa başladım. Kişi kor-peşman çıxıb getdi. Atam bir neçə gün mənimlə danışmadısa da, ürəyində mənə haqq verdiyini bilirdim.

Anamın bütün etirazlarına baxmayaraq, atam məni Bakıya gətirdi. Mənim gücümə, istedadıma, gələcəyimə inanırdı.

Sən mənə sadəcə İncəsənət Universitetinin qapısnı göstər və geri qayıt, özüm qəbul olub oxuyacağam, - deyə soz vermişdim. Qəbul olundum.

Universiteti də qırmızı diplomla bitirib aspiranturaya qəbul olmaq idi niyyətim. Çünki bütün qiymətlərim "5" idi və mən gələcəyə boyük ümidlər bəsləyirdim...

(ardı burda)
XS
SM
MD
LG