Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:51

«Dini azadlıq məhdudlaşdırılmaqda davam edib»


ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosu dünyada dini vəziyyətlə bağlı növbəti hesabatını yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ötən illə müqayisədə din azadlığına hörmət bir o qədər dəyişməyib:

«Hökumət bəzi hallarda dini azadlığını məhdudlaşdırmaqda davam edib. Qeydiyyatda olmayan bəzi müsəlman və xristian qruplarının fəaliyyəti məhdudlaşdırıb. Yerli məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi barədə məlumatlar olub».

Hesabata görə, Konstitusiya dəyişikliyi və 2009-cu ildə qəbul edilmiş digər qanunlar dini məhdudiyyətləri artırıb və dini qrupların qeydiyyatı üçün yeni tələblər əlavə edilib.

«Konstitusiya dəyişiklikləri xaricilərin dini təbliğ etməsini məhdudlaşdırıb və sonradan ancaq ölkə daxilində təhsil alan vətəndaşların dini mərasimləri apara biləcəyi müəyyənləşdirilib.
Milli Məclis isə bütün dini komitələrin 2010-cu ilin yanvarından yenidən qeydiyyata keçməsinə dair qəbul edib. Bu isə bir çox dini icmaların qeydiyyatına problem yaradıb».

Hesabata görə, bir çox dini qruplar dövlətin müdaxiləsi ilə üzləşməyib. «Bununla belə yerli məmurların bəzi dini fəaliyyətlərə nəzarət etdiyi, İslam və «qeyri- ənənəvi» dini qrupların üzvlərini incitdiyi və həbs etdiyi barədə məlumatlar olub».
XS
SM
MD
LG