Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:14

WikiLeaks: Amerika diplomatı Kəmaləddin Heydərov haqda bunları yazır


WikiLeks Baku ambassy cables Screen shot from Gaurdian
WikiLeks Baku ambassy cables Screen shot from Gaurdian
Çərşənbə axşamı. 25 fevral 2010. 05:18

MƏXFİ SEKSİYA 01/04 BAKI

MÖVZU: AZƏRBAYCANDA KİMİN NƏYİ VAR. 2-Cİ DOSYE. FÖVQƏLADA HALLAR NAZİRİ. AĞ BALIQ KÜRÜSÜ VƏ MEYVƏ ŞİRƏSİ

MƏXFİLƏŞDİRİLİB: Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən

1. GİRİŞ: Bu depeşa siyasi və iqtisadi qüdrət nöqteyi-nəzərindən Azərbaycanın ən nüfuzlu ailələri haqda məlumatlar silsiləsindən ikincisidir. Bu gönədrişdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun ailəsinin təsviri verilir.

Heydərov əvvəllər Dövlət Gömrük Komitəsinin sədri olub. İndi Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından biri olan bu komitəyə onun öz adamı rəhbərlik edir. Heydərovlar ailəsi, meyvə şirələrinin istehsalından tutmuş daşınmaz əmlak bazarına qədər böyük bir bisnes imperiyasına nəzarət edir. İqtisadi qüdrətinə görə bu ailə Paşayevlər ailəsindən (evləndikdən sonra prezident Əliyevin də daxil olduğu) Azərbaycanda ikinci yerdə durur. - Giriş hissəsinin sonu

HAKİMİYYƏTİN ARXASINDA DURAN ADAM


2. Kəmaləddin Heydərov ailənin ən nüfuzlu üzvüdür. Bəzi müşahidəçilər onun hətta prezidentdən də qüdrətli olduğunu iddia edirlər. (QEYD: Bu ehtimal real saymılmır, baxmayaraq ki, Heydərovun aktivləri və idarə etdiyi sərvətlər prezidentinkindən çox görünür. QEYDİN SONU)

Onun atası, Fəttah Heydərov parlamentin üzvüdür. Onun seçildiyi dağlıq Qəbələ rayonu ailənin Bakıdan kənardakı əsas bazasıdır. Sovet vaxtında, 1976-78-ci illərdə Fəttah Ordubad (sonradan Culfa) rayon partiya komitəsnin katibi, sonra Naxçıvanın sosial təminat naziri vəzifələrində işləyib. 1983-1995-ci illərdə isə Naxçıvanın mədəniyyət naziri olub.

3. Kəmaləddin Heydərov doqquz il Dövlət Gömrük Komitəsinin sədri olub, 2006-cı ildən isə yarımhərbi qurum olan Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. FHN qlobal federal xidmət kimi fəaliyyət göstərərək yanğından mühafizə, səhiyyə və əmək təhlükəsizliyi, iqtisadiyyatın çoxlu sahələrini tənzimləyən digər xidmətləri özünə daxil edir.

Heydərov 1961-ci ildə anadan olub. Azərbaycan Dövlət Univeristetinin geologiya və beynəlxalq hüquq fakultələrinin məzunudur. Bir sıra özəl və dövlət şirkətlərinə rəhbərlik edəndən sonra, nisbətən ahıl çağında – 35 yaşında Azərbaycan reallıqları fonunda belə öz yükəsk korrupsiya dərəcəsi ilə seçilən Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunub. Heydərovun hakimiyyətə gətirilməsi qismən onun atası ilə keçmiş prezident Heydər Əliyev (hansı ki, əslən həmçinin Naxçıvandandır) arasındakı münasibətlərin sayəsində baş versə də, qismən Kəmaləddinin özünün güclü rəhbərlik keyfiyyətləri nəticəsində mümkün olub. O, hakim partiyanın işini gücləndirərək Heydər Əliyevin etimadını qazanmış, nəticədə sonucu vacib DGK sədri vəsifəsini ona etibar etmişdi.

VACİB NƏ VARSA, ONUN NAZİRİ

4. Dövlətin gömrük xidməti ona nəhəng sərvət əldə etməyə imkan yaratdı. Dəqiq hesablanan və yaxşı təşkil olunan himayədarlıq və “aşağıdan-yuxarı” yönələn rüşvətxorluq sistemi vasitəsilə qanunsuz pullar onun cibinə axmağa başladı. Çox güman ki, Heydərov hələ də DGK-dan gəlir mənbəyi kimi bəhrələnir, çünki komitəni onun öz adamı idarə edir. Əliyev 2006-cı ildə Heydərovu FHN təyin edəndə, DGK sədri vəzifəsinə onun müavini Aydın Əliyev keçdi. Sonuncunun prezident Əliyevlə heç bir əlaqəsi olmadığından, Heydərov onun yeganə himayədarıdır. Odur ki, bütün varlığı ilə Heydərova bağlı olan Aydın Əliyev öz vəzifəsində qalmaq üçün qüdrətli sələfinə səmimi qəlbdən xidmət edir (onun böyük məbləğdə hesablanan payını çatdırmağı unutmur). 2007-ci ilə Attaşe Heydərovla ilk dəfə görüşəndə, o, nazir vəzifəsində cəmi 1 il idi ki, işləyirdi. Lakin onun döşünü o qədər hərbi fərqlənmə nişanları bəzəyirdi ki, medallarının sayına görə Amerika Baş qərargahının rəhbəri ilə rəqabətə girə bilərdi. Görünür o, yeni formasının sinəsindən Gömrük xidmətindən qalma medallarını da asmışdı.

5. FHN ardıcıl şəkildə özünü Azərbaycanın ən qüdrətli nazirliyi rolunda təsqdiq etməyə can atırdı. Belə bir şübhə var ki, FHN-nin gəlirləri Azərbaycanın istənilən digər nazirliyindən yüksəkdir. Bir sıra MDB ölkələrində olduğu kimi FHN-nin özünün hətta hərbiləşdirilmiş nizami hissələri də var.

2008-ci ildə yüksək səviyyədə təşkil olunmuş Vaşinqton səfərində Heydərov demişdi ki, Bakı ətrafındakı artilleriya batareyası onun nazirliyinin tabeçiliyinə keçib və o, sovet vaxtlarında əsgəri xidmətini məhz həmin hərbi hissədə keçib. Hazırda FHN yanğndan mühafizə idarəsinə, dövlət buğda ehtiyyatları fonduna, yanğın təhlükəsizliyi müfəttişliyinə, digər fövqəlada hallar xidmətlərinə nəzarət edir, tikinti işlərinə lisenziya verir. Bu sonuncu funksiyanı (Azərbaycanda fəaliyyət göstərən əcnəbi hüquqi şəxlər üçün bəlkə də ən vacibi) tikinti müfəttişləri həyata keçirir və “təhlükəsiz saymadıqları” istənilən layihəyə müdaxilə etmək, tikintikini gecikdirmək və ya dayandırmaq səlahiyytələrinə malikdirlər.

Faktiki olaraq FHN nazirliyinin əməkdaşları əvvələr də amerikalı və digər əcnəbi iş adamlarına xəbərdarlıq ediblər ki, onların hərarət və təzyiq göstəricilərindən tutmuş, izotoplara qədər bütün məsələlərə nəzarət etmək səlahiyytələri var. Bu isə o deməkdir ki, günəş altında nə varsa ona nəzarət edə bilərlər.

6. Belə bir genişyayılmış zarafat var: Azərbaycanın məhkəmə sistemində hər hansı işi yalnız 2 halda udmaq olar, ya gərək hakimin dostu olasan, ya da Bencamin Franklini (dolları nəzərdə tutulur) dəvət edəsən. Əlbəttə, məhkəmə zalında qələbə qazanmağın daha bir yolu var - gərək samballı siyasi qüvvəni təmsil edəsən. Həra hansı tikinti layihəsinə təhlükəsizlik arayışı almaq da olduqca məhkəmə sistemini xatırladır. Bu şübhələrin əsası kimi Bakıdakı tikinti bumunu göstərmək olar.

2007-ci ildə tikilməkdə olan çoxmərtəbəli bina uçaraq bir neçə fəhlənin ölümünə səbəb oldu. 2010-cu ilin yanvarında düz şəhərin mərkəzindəki dəbdəbəli Neftçilər porspektindəki binanın tikintisi zamanı 3 fəhlə yuxarı mərtəbədən düşüb həlak oldu. Şübhə doğuran tikinti işləri Bakıda adi qayda alıb. Dəllar yeni tikilən çoxmərtəbəli binalardakı mənizlləri sata bilmir, hətta şəhərin mərkəzində belə binalar yarımboş qalıb. İşini bilən pullu alıcılar isə müstəqilliyə qədər tikilən “Stalinka” tipli binalarda mənzil almağa üstünlük veririlər. Çox da hündür olmayan bu binalar daha samballı standartlarla tikilən, nisbətən etibarlı və təhlükəsiz sayılır.

7. Belə hadisələr FHN-nin adını bədnam edib onun haqqında Bakı elitasının və Hydərovlar ailəsinin asan gəlir mənbəyi olması haqda fikir yaradır. Əgər zəlzələ kimi təbii fəlakət nəticəsində şəxsi binaların kütləvi şəkildə uçması baş verərsə, çox güman ki, 1997-ci idlə İstanbulda olduğu kimi əhalinin qəzəbi podratçılara və rüşvətxor məmurlara yönəlməyəcək. Çox güman ki, bu zaman əhəmiyytəsiz kiçik qurumlar qurban veriləcək, amma fəlakətin Heydərovun FHN kimi əsl səbənkarları dövlətin resursları əsasında lazımı vasitələr tapıb çulunu sudan quru çıxara bilərcəklər.

ONUN OĞLANLARI, OĞLANLARININ OYUNCAQLARI

8. Kəmalədinin oğlanları – Nicat və Taleh Heydərovlar bu yaxınlarda hər birinin dəyəri 20 mlyon dollar olan 2 ədəd “Golfstream” təyyarəsi almaq xəyalına düşüblər. Bu ailənin artıq “Airbus A319” markalı şəxsi təyyarəsi var. Onun salonunu bu yaxınlarda İsveçrəninn Bazel şəhərində tərtib edib başa vurublar. İlkin məlumatlarda bildirlirdi ki, “Golfstream”lərin sahiblik hüququ “Shams al Sahra FZCO” (Dubayda Taleh və Nicatın adına qeydiyyatdadır) şirkəti ilə cənab Manouchehr Ahadpur Khangah arasında paylaşıb. Hər biri təyyarələrin 50 fazilik sahibliyinə malikdirlər. “Patriot Act” qanununun maddəsinə uyğun olaraq “Golfstream” şirkəti Heydərovlardan onalrın gəlirinin qanuni olduğunu təsdiq edən məlumat tələb edib.

Heydərovlar onların ailə Holdinqinə daxil olan şirkətlərin qısa siyahısını təqdim ediblər. Məlum olub ki, Azərbaycandakı ailələr arasında ən çox onların əlində şirkət var. Buraya ərzaq konservləri, tikinti materialları, beton, asfalt, kimyəvi məhlullar, kərpiç, qips, dəri, tekstil, süd və şirə, spirtli içkilər, piano, CD və DVD (lisenziyas məhsulların olmadığı yerli bazarda satılan bu CD və DVD-lər çox güman ki, pirat surətlərdən ibarətdir) məhsullarının istehsalını və ya satışını həyata keçirən, habelə bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində fəlaiyyət göstərən şirkətlər daxildir.

9. Bakıdakı məşhur İran beiznesmeni XXXXXXX səfirliklə unisyyət zamanı Khangahı Heydərovların ailə konqlomeratındakı şirkətlərin çoxunun Baş direktoru və ya formal rəhbəri olduğunu bildirdi. Eyni mənbənin dediyinə görə, bəzi firmaların rəhbəri rəsmən Khangah olsa da, Heydərovların bir sıra şəxsi biznesində onun rolu menecerdən yuxarı deyil. Bundan başqa mənbənin sözlərinə görə Heydərovların ailə biznesinin başqa sahəsini idarə edən naməlum bir Türkiyə vətəndaşı da var ki, onun funkasiyaları eynilə Khanqahın rolunun təkrarıdır.

10. (C) Ailə biznesinin fəaliyyətinin böyük hissəsi “Gilan”, “Qəbələ”, “Jalə” "United Enterprises International (UEI)" şirkətlər qrupu çərçivəsində reallaşır.

“Gilan holdinq”in nişanələrini – Bakıda hər yerdə görmək olar. O, Bakının çox spekulyativ olan daşınmaz əmlak bazarında fəaliyyət göstərən bir neçə böyük tikinti şirktlərindən biridr və onlar arasında aparıcı yer tutur. .

Müşahidəçilər “Gilan”ı “Dubai World”, yaxud ‘Nakheel’ ilə müqayisə edirlər (ölçülərinə görə bunlardan daha kiçik olduğunu etiraf etsələr də).

Heydərovlar Azərbaycandakı meyvə soku bzinesini monopoliyaya alıblar. Onlar sok qiymətlərini yüksək səviyyədə saxlayır və Türkiyə, Rusiya və Ukraynadan ucuz sok gətirmək istəyənlərin işini Dövlət Gömrük Komitəsi vasitəsilə çətinləşdirirlər.

USAID Azərbaycanda nar məhsullarının istehsalı və daşınmasına dəstək verməyə çalışarkən tezliklə öyrənib ki, heç kəs Heydərovun icazəsi olmadan Azərbaycandan xaricə nar soku, yaxud konsentratı satmır.

Azərbaycan iqtisadiyyatında inhisar maraqları dominantdır.

Müşahidəçilər deyir ki, Heydərov bu “rəqabətsizlik dağının” zirvəsində yer alır.
Şayiələrə görə, Heydərovların həm də Azərbaycanda “Pepsi” dolduran şirkətdə, “Red Bull”, “British American Tobacco”, “Japan Tobacco” və “Imperial Tobacco”nun yerli təmsilçiliyində maraqları var.

Heydərov Azərbaycana gələn Amerika nümayəndə heyətinə açıq şəkildə etiraf edib ki, Azərbaycanda kürü istehsalı kimi gəlirli sahəyə nəzarət edən Caspian Fish Company şirkətinin sahibi və idarəçisidir (əvvəl bu sahəyə rus mafiyası nəzarət edirdi).

11. Heydərovlar mədəniyyət sahəsində də fəaldırlar. Kəmaləddin Heydərov bəstəkardır və hətta keçmiş prezident Heydər Əliyev haqda mahnı yazib, mahnını Azərbaycan müğənnisi Ağadadaş Ağayev ifa edib.

Heydərovun həyat yoldaşı koraya mənşəlidir, odur ki, Koreyaya kifayəq qədər rəğbəti var. O, Azərbaycan taekvando federasiyasının prezidenti və bu yaxınlarda açılan bahalı koreya restoranı "Shilla"nın sahibidir. Koreyalı diplomalar da təsdiqləyirlər ki, Heydərov bir-neçə iri biznes sazişlərinə hamilik edib, lakin diplomatlar şikayət edirlər ki, bu Koreya firmaları himayədarlığın əvəzini Heydərova ödəmədikdə sazişlərin çoxu alt-üst oldu.

12. Heydərovun oğlu Tale Avropa Azərbaycan Cəmiyyətinin sədridir. O Londondakı qəragahından Avropa paytaxtlarındakı Amerika səfirliklərinə yürüşlər edir. Cəmiyyət müstəqil olmalıdır, ancaq bu cəmiyyətin məqsədləri Azərbaycan hökumətinin məqsədləri ilə üst-üstə düşür. Tale və onun müşayətçiləri bu yaxınlarda Dağlıq Qarabağda erməni işğalı və insan haqlarından, demokratiyadan məlumat verəndə Amerikanın ikili standartları məsələlərini qaldırıb. Tale Dağlıq Qarabağ ermənilərinə Konqresin yardım ayırmasından da şikayətlənib. Tale və Nijat Qəbələ futbol klubununa sahibdirlər. Bu, ola bilsin, rusiyalı Abramoviçin Çelsidə etdiyini kiçik miqyasda təkrarlamaq çəhdidir. Qəbələ klubu virtual BMT yığmasıdır. Burda Avropadan, Latın Amerikasından və Afrikadan olan oyunçular yığılıb. Bu, pula satın almaq mümkün olan ən yaxşı komandadır, ən azı Azərbaycanın mərkəzi üçün.

Hər iki oğul Londonda təhsil alıblar və burda yaşayırlar. Tale Londonun İqtisadiyyat Məktəbini bitirib. O burda Beynəlxalq Münasibətlər və Tarix üzrə bakalavr adını alıb.
O həm də Birkbeck kollecini bitirib. Burda Qlobal İdarəçilik və Təhlükəsizlik üzrə magistr dərəcəsi alıb. Nicat Londonun Universitet Kollecini bitirib. Siyasət və Şərqi Avropa Tədqiqatları üzrə bakalavr adını alıb. O Londonun İqtisadiyyat Məktəbində isə Menecment, Təşkilatçılıq, İdarəçilik üzrə magistr dərəcəsi alıb.

Bəzi qəzetlər yazırdılar ki, Tale Bakıya qayıda bilər və ilin sonunda parlament seçkilərində iştirak edə bilər.

HÖKMDAR OLMAQ NƏ YAXŞIDIR

13. (C) Bu ailənin nüfuzu Qəbələ, Masallı və Lənkəran rayonlarında xüsusilə güclüdür. Belə məlumatlar dolaşır ki, Heydərov yenə də Gömrük Komitəsinə nəzarət edir. Onun Vergilər, Ekologiya və Təbii Sərvətlər, həmçinin hazırda keçmiş Vergilər Nazirliyi rəsmisinin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliklərini də öz təsir dairəsində saxladığı haqqında söhbətlər var. Bundan başqa, əlbəttə, Heydərov Fövqəladə Hallar Nazirliyinin geniş yayılmış imkanlarından ciddi qazanc əldə edir. Müşahidəçilərə görə həmin Nazirlik rəsmi Bakıda ən populyar iş yeridir. Heydərov maaşları vaxtında və tam ödəməklə şöhrət qazanıb. İşçilər bu Nazirliyin maaşdan kənar üstünlüklərindən istifadə edə bilirlər. Məsələn, onların uşaqları Bakıda ən yaxşı maliyyələşdirilən, üstün hesab olunan orta məktəblərdə oxuyurlar. Bu kimi tədbirlər isə nazirə aşağılarda güclü tərəfdarlar formalaşdırır.

BU MÜHARİBƏDƏ KƏMALƏDDİNİN QABAĞINA ÇIXMA

14. ABŞ Səfirliyindən gələn məlumatlarda deyilir ki, Kəmalədin Heydərov Kənd Təsərrüfatı naziri İsmət Abbasovla “buğdaya görə mübarizə” aparır. O, Abbasovun yerinə deputat Eldar İbrahimovun gətirilməsini istəyir. Tarixə baxanda görərik ki, Heydərovla savaşanların axırı yaxşı qurtarmayıb: keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev məhz Heydərovun qəzəbinə tuş gəldikləri üçün işdən çıxarılıblar. Hər ikisi islahatçı kimi tanınıblar, onların təklif etdikləri islahatlar isə Heydərovun Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyindəki maraqlarının əleyhinə olub. Bundan başqa bəzi müxalifət qəzetləri onların adlarını potensial Baş Nazir kimi hallandırıb. Keçmiş nazirlərin islahatlarından və biznes maraqlarından təhlükə hiss eləyən Heydərov deyilənlərə görə “ayağını yerə dirəyib”. Fərhad Əliyev və Heydər Babayev hökumətdən uzaqlaşdırılıb, onların biznes maraqlarına da ciddi ziyan dəyib. 2009-cu ildə şayiələr gəzirdi ki, Heydərov Hava Qüvvələrinin baş komandanı, müdafiə nazirinin müavini general Rail Rzayevin qətlinin arxasında dura bilər. Şayiələrə görə, Heydərovun vertolyotu bir dəfə icazəsiz uçuş etdiyi üçün məcburən yerə endirilib.

15. “Kimin nəyi var” silsiləsindən növbəti yazı Nəqliyyat naziri Ziya Məmmədovun ailəsindən olacaq. Bu ölkənin neft gəlirlərindən çoxu yol tikintisinə axır və bu işlərin çoxunu Məmmədovlar idarə edir. Bu ailənin holdinqləri Bakıdakı bütün avtobusları əhatə edir. Bu yaxınlarda bir televiziya reportajında sual edilirdi ki, sirli tikinti şirkəti- ZQAN Holdinq də Məmmədova məxsusdurmu? Reportyor bildirirdi ki, ZQAN Məmmədov ailəsi üzvlərinin baş hərflərini özündə birləşdirib- ata Ziya, ana Qənirə, oğul Anar və qızı Nigar. Ancaq ZQAN rəsmisi bunu təkzib etmişdi.
XS
SM
MD
LG