Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:30

Gürcüstan yenə rus casusları tutub


Gürcüstan Rusiyanı ölkədə bomba partlayışları törətməkdə ittiham edib və 6 nəfırin həbs olunduğunu bildirib. Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, rus hərbçilərinin təlim keçdiyi 6 gürcünü həbs ediblər, daha ikisi də axtarışa verilib.

Həbs olunanların Abxaziyadakı rus hərbçiləri tərəfindən ələ alındığı və 6 partlayış törətmək tapşırığı verildiyi bildirilir. Partlayışlardan sonuncusunda bir qadın həlak olmuşdu, biri isə Tbilisdəki ABŞ səfirliyi yanında törədilmişdi.

Bu ayın əvvəlində Gürcüstan Rusiya casus şəbəkəsini aşkarladığını iddia eləmişdi, Rusiya isə iddiaları saxta adlandırıb.
XS
SM
MD
LG