Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:44

Dağıstanda Azərbaycan Gəncləri Günü


Rusiya Federasiyası Dağıstan Respublikasının Gənclər Siyasəti üzrə Komitəsinin dəvəti ilə gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında dövlət gənclər siyasətini həyata keçirən qurumların, istedadlı və yaradıcı gənclərin nümayəndələrinin Dağıstana səfəri başlayır. Bu barədə xəbəri Trend İnformasiya Agentliyi yayıb.

Dekabrın 16-da gerçəkləşəcək səfərin əsas məqsədi Dağıstanda keçirilməsi planlaşdırılan Azərbaycan Gəncləri Günlərində iştirak etməkdir.

Səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rusiya Federasiyası Dağıstan Respublikasının Gənclər Siyasəti üzrə Komitəsi arasında imzalanmış əməkdaşlıq üzrə niyyət protokoluna əsasən həyata keçirilir.

Dərbənd şəhərində baş tutacaq tədbirin proqramına əsasən, nümayəndə heyətinin sərhəddə salamlanması, gənc rəssamların sərgisi, dəyirmi masa arxasında müzakirələr, Dərbənd şəhər və eyni adlı rayon administrasiyasında görüş, Azərbaycan və Dağıstan yaradıcı gənclərinin iştirakı ilə birgə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Səfər dekabrın 18-dək davam edəcək.
XS
SM
MD
LG