Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:13

Hacı Zeynalabdin Tağıyevin nadir şəkilləri yeni kitab-albomda


Kitab-albom 100 il öncənin ailə albomlarını xatırladır
Kitab-albom 100 il öncənin ailə albomlarını xatırladır
«Bu kitab Hacı Zeynalabdin Tağıyevin - həyatında həm şan-şöhrət, həm də əzab-əziyyət görmüş, lakin ölkəsinə sadiq qalmış, onu əhatə edən insanlara xeyirxahlıq etmiş böyük bir insanın sözlə çəkilmiş portretidir».

Hacı Zeynalabdin Tağıyev haqqında yenicə çapdan çıxan kitab - albom «bp-Azerbaijcan» şirkətinin prezidenti Rəşid Cavanşirin bu sözləri ilə açılır.

Təqdimat mərasimi ilə dekabrın 23-ü tanıdılan kitab Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Tarix Muzeyinin və «bp-Azerbaijcan» şirkətinin üç ildən bəri gerçəkləşdirdiyi layihə çərçivəsində İstanbulda nəşr olunub.

Kitabın tərtibatında (Ünal Hocaoğlu) Hacının evində indi də qorunub saxlanan üç ailə albomunun görünüşü əsas götürülüb. Kitab-albom 100 il öncənin ailə albomlarını xatırladır. Kitab «Ön söz», «Sahibkarlıq», «Xeyriyyəçilik», «Ailə», «Saray və ev-muzey», «Həyat təqvimi» və «Biblioqrafiya» adlı bölümlərdən ibarətdir.

Kitab-albomu nadir fotoşəkillər bəzəyir. Onların bəziləri ilk dəfədir ki, oxuculara təqdim olunur. «H.Z. Tağıyev və ailə üzvləri vəfat etmiş oğlu Kazımın tabutu önündə» yazılmış fotonu buna misal göstərmək olar. Və ya «Hacının oğlu İsmayıl Tağıyev həyat yoldaşı Nurcahan Ərəblinskaya ilə» şəklində Hacının Cümhuriyyət illərində Vətən uğrunda həlak olmuş oğlu İsmayıl əks olunub. Yaxud da «Kaspi» mətbəəsinin daxili görünüşü» şəklində Hacının sahib olduğu mətbəənin, həm də mətbəədə çalışanların rəsmi verilib.

Kitabda bir çoxu ilk dəfədir çap olunan arxiv sənədləri də təqdim olunub. Bu nəşr haqqında daha dolğun məlumat AzadlıqRadiosunun dekabrın 26-ı saat 20-05-də efirə gedəcək «İz» proqramında veriləcək.
XS
SM
MD
LG