Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:59

Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (Roman)


Elçin HÜSEYNBƏYLİ


YOLAYRICINDA QAÇIŞ
(Çaşmış insanlar haqqında çaşqın bir roman)


De­kab­rın 9-da, gü­nor­ta saat­la­rın­da azə­ri gö­zə­li, 34 yaş­lı Zü­ley­xa Göy­çək Be­şik­taş­da, öz ma­li­ka­nə­sin­də qət­lə ye­ti­ri­lib.
"Hür­riy­yət+" qə­ze­ti, 10 de­kabr 2009

Bay­ram xon­ça­sı. Xon­ça­nın or­ta­sın­da ya­nan şam və xa­la­sı. Ha­mı­sı xa­la­sı­na ox­şa­yır, xü­su­sən də şam. Tək­cə qa­mə­ti­nə gö­rə yox, həm də bə­yaz­lı­ğı­na gö­rə. Ət­ra­fın­da­kı pər­va­nə­lər də xa­la­sı­nın er­kək­lə­ri­nə bən­zə­yir. Qa­dın fi­qu­run­dan olan hə­min şa­mı bir za­man­lar xa­la­sı ona ba­ğış­la­mış­dı. O vaxt­lar xa­la­sı şə­kər­bu­ra, pax­la­va qo­xu­yar­dı, in­di isə cür­bə­cür ətir­lər...

Göz­lə­ri­ni yu­mub hə­min mən­zə­rə­ni xa­tır­la­yır...

Bu har­dan ya­dı­na düş­dü?! Bəl­kə yu­xu­da gör­dü? Bay­ram­dan çox keç­miş­di, tə­zə­si­nə də xey­li var­dı...

Bir za­man­lar o, xa­la­sı­nı çox se­vir­di. Bəs, in­di ne­cə, ye­nə də se­vir­mi? Xa­la­sı­na hey­ran­lıq­la ba­xır­dı, hök­mən ona ev­lə­nə­cə­yi­ni de­yir­di. Xa­la­sı bu söz­lər­dən uğu­nub ge­dir­di, az qa­la ürə­yi ge­də­nə­cən qəşş elə­yir­di, şaq­raq, cin­gil­ti­li sə­si ət­ra­fı do­la­şır­dı. O, sev­gi eti­ra­fı­nı gü­lüş­lə qar­şı­layan xa­la­sı­na acıq­la­nır­dı, uta­nır­dı, qı­za­rır­dı. Çün­ki bu cin­gil­ti­li sə­si in­di ha­mı eşi­dir­di, onu eşit­mə­mək ol­maz­dı. Bu, şey­ta­ni bir gü­lü­şüy­dü. Ey di­li-qa­fil, gör nə­yi qo­yub, nə­yi ax­ta­rır­san. Bu, çox­dan ol­muş­du axı, hər şey il­ğım için­də əri­yir­di, yo­xa çı­xır­dı, san­ki kü­lək bu sə­si gah uzaq­la­ra apa­rır, gah da lap ya­xın­la­ra - qu­la­ğı­nın di­bi­nə gə­ti­rir­di, ra­dio dal­ğa­la­rı ki­mi.

­İn­di, bu pa­yız sə­hə­ri o, bir za­man­lar hər şe­yi­ni xoş­la­dı­ğı xa­la­sı­nı öl­dü­rə bi­lər­di­mi, bu­na ürə­yi gə­lər­di­mi? Bil­mir. Am­ma qu­laq­la­rın­da ana­sı­nın sə­si ya­tır. İb­lis ki­mi, fə­lək ki­mi...

* * *

- Get o qan­cı­ğı öl­dür. Öl­dür­mə­sən, sü­dü­mü sə­nə ha­lal et­mə­yə­cəm! - Ana­sı onu yo­la sal­maz­dan ön­cə bu söz­lə­ri de­di və dəs­ma­la bü­kü­lü pu­lu çı­xa­rıb ver­di. Ba­ba­sı ilə nə­nə­si qız­la­rı­nın bu söz­lə­ri qar­şı­sın­da heç nə de­mə­di­lər, elə­cə baş­la­rı­nı aşa­ğı sal­dı­lar. Ba­ba­sı o bi­ri ota­ğa ke­çən­də, san­ki inil­də­di:
- Ax, Zü­ley­xa!
Mə­həm­məd çö­lə çıx­dı. Sə­hər du­ma­nı hər ye­ri bü­rü­müş­dü. İs­tan­bu­la uçan təy­ya­rə­nin vax­tı­na az qa­lır­dı.
Za­man­la mə­ka­nın Şey­tan­la bir­ləş­di­yi, Tan­rı­nın unu­dul­du­ğu bir mə­qa­mıy­dı...

* * *

Mən Zü­ley­xa­nı ta­nı­yır­dım. Məh­lə­də onu "Ma­le­na", ev­də Zul­ya ça­ğı­rır­dı­lar. Ona "Ma­le­na" adı­nı ki­min qoy­du­ğu­nu bil­mi­rəm. Oxu­cu­lar bu ya­ra­şıq­lı xa­nı­mı tam təs­vir et­sin­lər de­yə məş­hur İta­li­ya fil­min­də­ki Ma­le­na­nı (akt­ri­sa Mo­ni­ka Be­luççi) yad­la­rı­na sal­sın­lar: iri ala göz­lər, mə­sum, bir qə­dər də sir­li si­fət, uzun qa­ra saç­lar, mü­tə­na­sib bə­dən - bir söz­lə, hu­ri-mə­lək. Məh­lə uşaq­la­rı­nın ha­mı­sı Zü­ley­xa-Ma­le­na­nı se­vir­di. O, bir şey­tan idi. Ki­şi­lər bu mə­lək­si­fət, də­cəl qı­za vu­rul­muş­du. Məh­lə ar­vad­la­rı­nın onu gör­mə­yə gö­zü yox idi. On­lar di­şi ca­na­var idi­lər və nə za­man­sa ye­ni­dən dö­nüb vəh­şi in­san ol­say­dı­lar, ki­no­lar­dan en­miş Zü­ley­xa­nı par­ça­la­yar­dı­lar - tə­biət mən­zə­rə­lə­rin­də­ki ki­mi. Ağ­zın­dan qan da­man pə­ləng­lə­ri, şir­lə­ri ta­nı­dı­nız­mı? Bəs on­la­rın ayaq­la­rı al­tın­da can ve­rən cey­ran­la­rı?!

Və bir sə­hər xə­bər­lər proq­ra­mın­da Azər­bay­can gö­zə­li­nin İs­tan­bul­da vəh­şi­cə­si­nə qət­lə ye­ti­ril­di­yi­ni eşi­dən­də uzaq keç­mi­şi xa­tır­la­ma­ğa baş­la­dım, da­ha doğ­ru­su, keç­mi­şin özü bi­zi xa­tır­la­dı...
Zü­ley­xa və Fa­ti­mə əkiz ba­cıy­dı­lar. Zü­ley­xa həd­dən ar­tıq açıq-sa­çıq, Fa­ti­mə fa­ğır, utan­caq. Zü­ley­xa gö­zəl, Fa­ti­mə - or­ta­bab. Bi­ri gö­zəl­li­yi­ni ha­mı­ya gös­tər­mək üçün sə­hər­dən ax­şa­ma ki­mi rəqs elə­yir, oxu­yur, oy­na­yır, oğ­lan­la­ra sa­ta­şır, ki­şi­lə­ri cır­na­dır, o bi­ri­si nə­nə­si­nin di­zi­nin di­bin­də otu­rub Qu­ran əz­bər­lə­yir, na­maz qı­lır­dı. Bu ailəyə Al­lah Şey­tan­la Mə­lə­yi, Əz­ra­yıl­la Cəb­ra­yı­lı ey­ni za­man­da gön­dər­miş­di. Bi­rin­ci­lə­rin qu­laq­la­rı səs­də, ikin­ci­lə­rin qu­laq­la­rı dinc­dəy­di...

* * *

- An­caq bir­cə də­fə, - Zü­ley­xa bu söz­lə­ri de­yən­dən son­ra do­nu­nun ya­xa­sı­nı aç­dı və döş­lə­ri­nin ara­sı­nı gös­tər­di.

Biz bu­na ra­zı­laş­ma­dıq:

- Pu­lu­mu­zu qay­tar!

- Da­nı­şı­ğı­mız be­lə olub, - Zü­ley­xa de­di və bi­zim is­rar­la­rı­mı­za mə­həl qoy­ma­dan qa­pı­nı bağ­la­maq is­tə­di, am­ma biz im­kan ver­mə­dik. Hər iki­miz ey­ni za­man­da aya­ğı­mı­zı qa­pı­nın ara­sı­na sox­duq.
- Döş­lə­ri­ni gös­tər­mə­li­sən.

- Döş­lə­ri­mi ha, ala! - Ma­le­na­nın bu jes­tin­dən çaş­dıq, o da im­kan­dan is­ti­fa­də edib, bi­zi çö­lə itə­lə­di və qa­pı­nı çırp­dı. - Döş­lə­ri­mi gör­mək üçün bu pul­lar az­dı, iki ma­nat gə­ti­rin, - qa­pı­nın da­lın­dan de­di.

- O döş­lər­dən o qə­dər gör­mü­şük ki, ki­no­da sə­nin ki­mi­lə­rin­dən nə qə­dər is­tə­sən var, - iki ma­na­ta on­la­rı öp­mək də olar, - Qa­dir be­lə de­di.

Biz bir müd­dət qa­pı­nın da­lın­da du­rub din­şə­dik, son­ra növ­bə ilə qu­laq­la­rı­mı­zı ya­xın­laş­dı­rıb, içə­ri­də baş ve­rən­lə­ri diq­qət­lə iz­lə­mə­yə baş­la­dıq. O, qa­pı­nın açar de­şi­yi­nə ka­ğız tı­xa­mış­dı ki, biz ora­dan ba­xa bil­mə­yək.

Ki­no­lar gö­zə­li in­cə ad­dım­lar­la qo­naq ota­ğı­na keç­di, ön­cə güz­gü­yə bax­dı, son­ra kof­ta­sı­nı çı­xar­dı və xır­da, yum­ru döş­lə­ri­ni sı­ğal­la­ma­ğa baş­la­dı. Biz onun mə­mə­lə­ri­nin çəh­ra­yı gi­lə­si­ni xə­ya­lı­mız­da can­lan­dı­rır­dıq.

Hər gün bu mən­zə­rə tək­rar olu­nur­du, hər hal­da biz be­lə dü­şü­nür­dük.

Mən:

- Mərc gə­lə­rəm ki, in­di kof­ta­sı­nı çı­xa­rıb döş­lə­ri­nə ba­xır, - de­dim.

- Ah! - Qa­dir fı­sıl­da­dı və yum­ru­ğu­nu Zü­ley­xa­gi­lin tax­ta qa­pı­sı­na çırp­dı... Qa­pı qo­ca, əl­dən düş­müş ki­şi­lər ki­mi az­ca­na qı­mıl­dan­dı.

Qa­dir­lə mən yed­din­ci sin­fə keç­miş­dik. Zü­ley­xa biz­dən iki yaş bö­yük idi, am­ma sək­ki­zin­ci sin­fi qur­ta­ran­dan son­ra oxu­ma­ğın da­şı­nı at­mış­dı, dər­sə get­mir­di.

"Kos­mos" klu­bun­da Ma­le­na­nın baş rol­da oy­na­dı­ğı ki­no­nu də­fə­lər­lə, oğ­run-oğ­run seyr elə­miş­dik. Çün­ki bi­zi ki­no­ya bu­rax­mır­dı­lar. Biz ora xəl­və­ti gi­rir­dik. Ki­no baş­la­ma­mış­dan, skam­ya­la­rın al­tın­da giz­lə­nir­dik və ki­no­nu da bə­zən elə ora­dan seyr elə­yir­dik, ha­mı­nın ba­şı qa­rı­şan ki­mi, yə­ni ki­no­nun ən ma­raq­lı ye­rin­də, Ma­le­na­nın kof­ta­sı­nı çı­xa­rıb döş­lə­ri­ni sı­ğal­la­yan za­man skam­ya­la­rın al­tın­dan çı­xır­dıq.

Mo­ni­ka Be­luç­çi­nin iş­ti­ra­kı ilə baş­qa bir ki­no­ya da bax­mış­dıq. O ki­no­nun adı in­di ya­dım­nan çı­xıb, am­ma ön­cə­kin­dən da­ha ma­raq­lıy­dı. Ki­şi­lə­rin göz­lə­ri­lə ye­dik­lə­ri, qa­dın­la­rın alt­dan-alt­dan bax­dıq­la­rı, ca­van­la­rın fi­tə bas­dıq­la­rı qı­zın adı Ma­le­na de­yil­di, de­yə­sən, onun heç adı da yo­xuy­du, am­ma Ma­le­na­ya çox ox­şa­yır­dı, bəl­kə də ki­no­da­kı ro­lu ey­ni akt­ri­sa­lar oy­na­yır­dı­lar.
Oğ­lan­lar qı­zın döş­lə­ri­ni gör­mək üçün hər gün ona şo­ko­lad­lı don­dur­ma alıb gə­ti­rir­di­lər. Am­ma is­tək­lə­ri­nə tam na­il ola bil­mir­di­lər, bə­zi­lə­ri isə höv­sə­lə­siz­lik edib gö­zəl­çə­ni göz­lə­mir­di, don­dur­ma­nı özü ye­yir­di, son­ra şo­ko­lad­lı bar­maq­la­rı­nı ya­la­yır­dı, yə­qin hə­min za­man, yə­ni bu sir­li və eh­ti­ras­lı ya­la­ma za­ma­nı gö­zəl­çə­ni xə­ya­lın­da can­lan­dı­rır­dı.

Biz in­di hə­min hə­ya­tı ya­şa­yır­dıq, da­ha doğ­ru­su, biz hə­ya­tı ki­no­lar­da­kı ki­mi ya­şa­maq is­tə­yir­dik...
- İn­di ney­ni­yək? - Qa­dir mən­dən so­ruş­du.
Mən çiy­ni­mi çək­dim, son­ra:
- Göz­lə­mək la­zım­dır, - de­dim..

Qa­dir:
- Dər­sə ge­dən­də onu la­ğa qo­ya­rıq.
- Yu­sif bi­zi əziş­di­rər, - mən onun bu sar­saq tək­li­fi­nə qar­şı çıx­dım.
- Qor­xaq, Yu­sif bi­zə ney­ni­yə­cək? Uzaq­ba­şı Zü­ley­xa­nın ata­sı­na de­yə­rik.
Bir müd­dət din­məz da­yan­dıq. Otaq­dan səs-sə­mir gəl­mir­di.

- Yax­şı­sı bu­dur ba­lıq­çı­la­rın ya­nı­na ge­dək, ba­lıq tu­taq, onu sa­taq və Zü­ley­xa­nın is­tə­di­yi pu­lu ve­rək...
Sa­hi­lə düş­dük. Ha­va kü­lək­li ol­du­ğun­dan də­ni­zin sa­hi­lin­də heç kim yo­xuy­du. Bir az sa­hil­də veyil­lən­dik, kü­lə­yin ora-bu­ra qov­du­ğu dal­ğa­la­ra ta­ma­şa elə­dik. Qa­ğa­yı­lar yo­xa çıx­mış­dı, yal­nız bir qa­ğa­yı də­ni­zə en­mək üçün ça­lı­şır­dı, öz di­lin­də nə­sə de­yir­di, gö­rü­nür, su­yun üzün­də nə­sə gör­müş­dü, an­caq kü­lək ona aman ver­mir­di və ye­ni­dən ge­ri atır­dı, ada­la­ra tə­rəf dar­tır­dı...
Hə­min gün, elə son­ra­kı gün­lər də biz ba­lıq tu­ta bil­mə­dik. İşi­miz-gü­cü­müz hə­yət­də otu­rub Zü­ley­xa­nı göz­lə­mək idi...

Bir gün, o özü bi­zi ça­ğır­dı, şə­ha­dət bar­ma­ğıy­la işa­rə elə­di ki, bi­zə sö­zü var. Hər iki­miz ürə­yi­miz­də se­vin­dik.
- Kim mə­nə Yu­si­fin ora gir­di­yi­ni xə­bər elə­sə, döş­lə­ri­mi ona gös­tə­rə­cəm, - de­yə Zü­ley­xa bar­ma­ğı­nı qo­ca ən­cir ağa­cı­na tə­rəf tuş­la­dı.
- Bud­la­rı­nı da? - Qa­dir tə­lə­sik so­ruş­du.

Zü­ley­xa:
- On­la­rı da, - de­yə ra­zı­laş­dı, - an­caq heç kim bil­mə­sin. - Son­ra isə bar­ma­ğı ilə bi­zi hə­də­lə­di, gü­lə-gü­lə qa­pı­nı örtdü və ota­ğın için­də züm­zü­mə elə­mə­yə baş­la­dı. Biz ye­ri­miz­dən tər­pən­mir­dik. O, bu­nu duy­du, sə­si­ni kəs­di, qa­pı­nı qə­fil aç­dı və:
- Ni­yə qu­ru­mu­su­nuz, ge­din də! - de­di və qa­pı­nı çırp­dı.

Biz ye­ri­miz­dən gö­tü­rül­dük. Pil­lə­lər­dən dü­şən­də Qa­di­rin aya­ğı mə­nə iliş­di və tə­pə­siüs­tə ye­rə gəl­di, in­cə­var­dan qum­lu­ğa düş­dü, bir şey ol­ma­dı. Elə­cə uful­da­ya-uful­da­ya dir­sə­yi­ni ovuş­dur­du. Onun qap­qa­ra üz-gö­zün­də əzabqa­rı­şıq xoş ifa­də duy­dum.


Zü­ley­xa­nın "o­ra" say­dı­ğı yer qo­ca ən­cir ağa­cı­nın di­bin­də­ki duş­xa­nay­dı. Hə­yət­də tək­cə Yu­sif­gi­lin duş­xa­na­sı var­dı. Onu ata­sı Hə­sə­na­ğa da­yı tik­dir­miş­di və bir­cə də­fə də ol­sun ora­da yu­yun­ma­mış, ge­cə­lə­rin bi­rin­də öl­müş­dü. De­yir­di­lər ki, yu­xu­day­kən Əz­ra­yıl onun ürə­yi­ni oğur­la­yıb. Hə­sə­na­ğa ki­şi­ni qəbi­ris­tan­lı­ğa apa­ran­da mə­nə elə gəl­miş­di ki, onun ürə­yi ye­rin­də yox­du və özün­dən qa­baq Əz­ra­yıl­la bir­gə gö­yə uçub.

Məh­lə adam­la­rı hər həf­tə­nin so­nu o bi­ri kü­çə­nin ba­şın­da­kı ha­ma­ma ge­dir­di­lər. Yu­sif­gil­dən baş­qa. O, id­man­çıy­dı. Əzə­lə­lə­ri­ni bi­zim qa­ba­ğı­mız­da oy­nat­maq­dan həzz alır­dı. İd­man­dan, xü­su­sən də də­niz­dən gə­lən­dən son­ra duş­xa­na­ya gi­rir­di və bun­dan açıq-aş­kar qü­rur­la­nır­dı... Ürə­yi­miz­də ha­mı­mız ona ox­şa­maq is­tə­yir­dik.

Biz göz­lə­di­yi­miz vaxt gə­lib çat­dı... Yu­sif hə­yə­tə gi­rən ki­mi, çan­ta­sı­nı qo­ca ən­cir ağa­cı­nın sı­nıq bu­da­ğı­na ke­çir­di. Bi­zim ma­raq­la ona bax­dı­ğı­mı­zı gö­rüb, saç­la­rı­nı ge­ri da­ra­dı, hə­də­lə­di. Son­ra məh­rə­ba­nı çı­xar­dı və duş­xa­na­ya gir­di...

Qa­dir Zü­ley­xa­gi­lin qa­pı­sı­na mən­dən qa­baq çat­dı, am­ma ağ, yum­ru döş­lə­ri mən­dən qa­baq gör­mək ona nə­sib ol­ma­dı. Qa­pı­nı Zü­ley­xa­nın ata­sı aç­dı.

Ya­qub da­yı (olub-ke­çən­lər­dən son­ra "da­yı" de­mək müm­kün­dür­sə) də­niz­də iş­lə­yir­di. Məh­lə­nin bö­yük pa­paq­lı­la­rı öz ara­la­rın­da ona "zay Ya­qub" de­yir­di­lər. Həf­tə sək­kiz, mən doq­quz də­niz­də olar­dı. Hə­min gün də də­niz­də ol­ma­lıy­dı. Am­ma bi­zim göz­lə­mə­di­yi­miz hal­da qa­pı­nın ağ­zın­da zü­hur elə­di. Qa­di­rin qor­xu­sun­dan di­li tu­tul­du və Ya­qub da­yı­nın:

- Nə itin azıb bur­da?! - sua­lı­nın ca­va­bın­da kə­kə­lə­di:
- Heç, - de­di və da­lı-da­lı pi­llə­kən­lər­dən düş­dü.
Bu ha­di­sə­nin üs­tün­dən bir ne­çə gün ke­çən­dən son­ra is­tə­yi­mi­zə çat­dıq, am­ma il­kin ola­raq ar­zu­su­na Zü­ley­xa ye­tiş­di.

Yu­sif növ­bə­ti də­fə duş­xa­na­ya gi­rən­də ona xə­bər elə­dik. O, duş­xa­na­nın ar­xa­sın­da­kı de­şik­dən bir xey­li Yu­si­fə bax­dı, son­ra çı­xıb get­di, biz də onun da­lı­na düş­dük. Qa­pı­la­rı­nın ağ­zın­da, o tə­rəf-bu tə­rə­fə göz gəz­di­rib, heç ki­min ol­ma­dı­ğı­na əmin olan­dan son­ra do­nu­nun qa­ba­ğı­nı açıb döş­lə­ri­nin ara­sı­nı gös­tər­di.

- Ha­mı­sı­nı gös­tər! - Qa­dir çı­ğır­dı, am­ma Zü­ley­xa onun sə­si­ni eşit­mə­di, çün­ki biz özü­mü­zə gə­lə­nə ki­mi içə­ri gi­rib, qa­pı­nı bağ­la­mış­dı.
Bi­zim Zü­ley­xa­nın ağ, yum­ru mə­mə­lə­ri­ni hə­min gün gör­mək is­tə­yi­miz baş tut­ma­dı. Heç son­ra­lar da ar­zu­mu­za çat­ma­dıq. Çün­ki Zü­ley­xa qə­fil yo­xa çıx­mış­dı.

Lap son­ra­lar bil­dik ki, ata­sı Zü­ley­xa­nı kən­də - ba­ba­sı­gi­lə gön­də­rib. Sə­bə­bi mə­lum de­yil­di. Məh­lə­də onu bir da­ha gö­rən ol­ma­dı. Son­ra­kı ta­le­yi­ni mə­nə Bo­ğa­zi­çin­də Zü­ley­xa özü da­nış­dı. O, da­ha da gö­zəl­ləş­miş, var­lan­mış­dı. Ət­ra­fın­da­kı adam­lar­la, ya­xın­la­rıy­la kü­bar qa­dın­la­ra məx­sus əday­la dav­ra­nır­dı, mə­ni gö­rən­də isə hə­min­ki Zü­ley­xa­ya çev­ril­di. Mən onu keç­mi­şə, xa­ti­rə­lə­ri­nin içi­nə qay­ta­ran bir var­lıq idim və san­ki əli­nə göy­dən düş­müş­düm.

O, da­nış­dıq­ca, ya­xud mə­ni din­lə­dik­cə elə hey gü­lür­dü, aram­sız sual­lar ve­rir­di. Keç­miş ta­le­yi­nə gə­lən­də isə dö­nüb baş­qa adam olur­du. Bəl­kə də gə­lə­cək ta­le­yi onu qor­xu­dur­du...
Bu ol­duq­ca qə­ri­bə və ma­raq­lı bir ta­ley­di. Və mən Azər­bay­can gö­zə­li­nin Be­şik­taş­da­kı ma­li­ka­nə­sin­də qan için­də ta­pıl­ma­sı ba­rə­də te­le­vi­zi­ya kadr­la­rı­nı iz­lə­yən­də göz­lə­ri­mə ina­na bil­mir­dim. Bi­zim uşaq­lıq idea­lı­mı­zı, ilk sev­gi­mi­zi qət­lə ye­ti­rən ada­mın kim­li­yi­ni öy­rən­mək is­tə­yir­dim. Öy­rən­dim də. Am­ma bu, elə də tez və asan ol­ma­dı...

Qa­ti­lin kim­li­yi tə­sa­dü­fən üzə çıx­mış­dı. Türk əs­gər­lə­ri­nin öl­dür­dü­yü PKK ter­ror­çu­su­nun üs­tün­dən gün­də­lik ta­pıl­mış­dı...

Gün­də­lik­də nə im­za, nə də ta­rix var­dı. Yal­nız bir ne­çə yer­də Mə­həm­məd ad­lı ada­mın adı çə­ki­lir­di.

Gün­də­lik ba­rə­də mə­nə Mər­mə­rə uni­ver­si­te­ti­nin rek­to­ru Yıl­maz Dur­muş da­nış­dı.

­O­na qə­dər isə mə­nim İs­tan­bul sə­fə­rim var­dı... Gə­lin ki­mi ada­mın üzü­nə açı­lan İs­tan­bul, su­lar sə­hə­ri. Qərb­lə Şər­qin bir­ləş­di­yi bir mə­kan. Üs­tün­də min­lə­rin, mil­yon­la­rın qa­nı axı­dı­lan, al­tın­da say­sız-he­sab­sız mü­səl­ma­nın, xaç­pə­rəs­tin sü­mü­yü çü­rü­yən, ruh­la­rı do­la­şan və Sul­tan Meh­me­tin zə­fə­ri sa­yə­sin­də əbə­di türk­lə­şən mi­na­rə­li şə­hər.

* * *

Biz is­ti av­qust gün­lə­ri­nin bi­rin­də, lap də­qi­qi, av­qus­tun 11-də Bo­ğa­zi­çin­də­ki "Quş ağ­zı" res­to­ra­nın­da otu­rub söh­bət edir­dik. Söh­bə­tə qə­dər isə mən Zü­ley­xa­nı çox ax­tar­mış­dım. İn­di o, nə Ma­le­na, nə də Zül­yay­dı, sa­də­cə Zü­ley­xa xa­nım idi, Zü­ley­xa Göy­çək. Mə­nim nə­zə­rim­də isə hə­lə də məh­lə­mi­zin oğ­lan­la­rı­nın ilk sev­gi­si və qa­dın idea­lıy­dı. Ca­van­lıq əx­la­qı yox, tər­bi­yə­siz­li­yi se­vir. Ca­van­lıq üçün əx­laq mü­ha­fi­zə­kar­lı­ğın, tər­bi­yə­siz­lik si­vi­li­za­si­ya­nın gös­tə­ri­ci­si­dir.

İs­tan­bu­la hər gə­li­şim­də onun­la gö­rüş­mək is­tə­yir­dim, am­ma ax­ta­rış­la­rım bir nə­ti­cə ver­mir­di. Zü­ley­xa Azər­bay­can­dan gə­lən bir kim­səy­lə gö­rüş­mək fik­rin­də de­yil­di. Və son­ra­lar: "mən on­lar­dan qor­xur­dum", - de­yə eti­raf et­miş­di. Za­hi­rən güc­lü, qay­ğı­sız və şən gö­rü­nən Zü­ley­xa­nın bu eh­ti­yat­lı­lı­ğı­na inan­ma­ğım gəl­mir­di.

Mən onu tə­sa­dü­fən gör­düm. "Hür­riy­yət+" qə­ze­ti­nə ver­di­yi məş­hur mü­sa­hi­bə­də Zü­ley­xa Göy­çə­yin ca­zi­bə­dar şək­li var­dı və fon­da di­var­dan is­tan­bul­lu­la­rın çox sev­di­yi rəs­sam Sər­dar Kü­çü­koğ­lu­nun “Bo­ğa­zi­çin­də ağ yel­kən­li gü­nəş" ad­la­nan rəs­mi asıl­mış­dı. "Bu rəs­min ori­ji­na­lı­nı heç ki­mə sat­ma­ya­cam" - de­yən rəs­sam son­ra­dan eti­raf et­miş­di ki, onu gö­zəl və var­lı bir xa­nı­ma hə­diy­yə edib. Fo­toq­ra­fın eh­ti­yat­sız­lı­ğı Zü­ley­xa xa­nı­mı ələ ver­miş­di. Ha­mı bil­miş­di ki, Sər­dar bə­yin rəs­mi­ni alan gö­zəl və var­lı xa­nım Zü­ley­xa Göy­çək­dir. Bun­dan son­ra qə­zet­lər bu cüt­lük haq­qın­da çox yaz­dı­lar və tə­bii ki, on­la­rın bö­yük eşq ma­cə­ra­sı ya­şa­dı­ğı­nı gü­man elə­di­lər. Am­ma hə­qi­qə­ti on­la­rın öz­lə­rin­dən baş­qa heç kim bil­mə­di.

Mə­nim "Hür­riy­yət+" qə­ze­tin­də Çöv­dət bəy ad­lı bir ta­nı­şım var­dı. Biz onun­la bir müd­dət əv­vəl Mün­hen­də gö­rüş­müş­dük. "Si­vi­li­za­si­ya­lar ara­sın­da dia­loq" fo­ru­mu­nu Al­ma­ni­ya­nın Sol­çu ya­zar­lar sin­di­ka­tı Ya­şıl­lar par­ti­ya­sı ilə bir­gə ke­çi­rir­di. Mən o za­man "A­zad­lıq" ra­dio­sun­da iş­lə­yir­dim və Açıq Cə­miy­yət İns­ti­tu­tu­nun ma­liy­yə dəs­tə­yi­lə təd­bi­rə qa­tıl­mış­dım. Cöv­dət bəy o və­də mə­nim­lə bir yaş­day­dı və "Hür­riy­yət+" ki­mi nü­fuz­lu bir qə­zet­də kö­şə ya­za­rıy­dı. Təd­bir­də bir azə­ri­nin də iş­ti­rak et­di­yi­ni bi­lən­dən son­ra mə­nə ya­naş­mış və öz doğ­ma­sı ilə gö­rü­şür­müş ki­mi mə­ni bağ­rı­na bas­mış­dı. Və­tə­nə dön­dük­dən son­ra onun­la əla­qə­lə­ri­miz da­vam et­miş­di və bu də­fə Tür­ki­yə­yə uç­maz­dan ön­cə ona zəng vu­rub xa­hiş elə­miş­dim ki, İs­tan­bul sə­fə­rim za­ma­nı mə­ni Sər­dar Kü­çü­koğ­luy­la ta­nış elə­sin. "Heç prob­lem yok". Cöv­dət bə­yin mə­nə ca­va­bı be­lə ol­muş­du...

A­ta­türk ae­ro­por­tun­da mə­ni Cöv­dət bəy qar­şı­la­dı. Sə­hər ye­ni­cə açı­lır­dı. Ha­va­da qə­ri­bə qo­xu var­dı. Qə­rib şə­hər­lər­dən bu cür qo­xu gə­lir. Gü­nəş İs­tan­bul mi­na­rə­lə­ri­ni tə­zə-tə­zə işıq­lan­dı­rır­dı. "Sə­ni çox öz­lə­dik, El­çin bəy", - de­yə o, azə­ri dos­tun­dan öt­rü da­rıx­dı­ğı­nı nü­ma­yiş elət­dir­mək üçün mə­ni bərk-bərk qu­caq­la­dı.



Yol­bo­yu or­dan-bur­dan söh­bət elə­dik. O, Sər­dar bəy­lə da­nış­dı­ğı­nı və bu gün gü­nor­ta­ya ya­xın mə­ni göz­lə­yə­cə­yi­ni de­di. Sən de­mə, rəs­sa­mın ema­lat­xa­na­sı mən qal­dı­ğım meh­man­xa­na­nın ya­xın­lı­ğın­da, Bo­ğa­zi­çi­nin sa­hi­lin­də, Ata­türk Hər­bi Li­se­yi­nin böy­rün­dəy­miş.

Cöv­dət bə­yin tə­kid­lə­ri­nə bax­ma­ya­raq, na­har elə­mək­dən bo­yun qa­çır­dım və meh­man­xa­nanın ya­nın­da on­dan ay­rıl­dım...

Sər­dar bəy­lə gö­rüş­mə­yim elə də çə­tin ol­ma­dı, çün­ki Kü­çü­koğ­lu­nun azə­ri­lə­rə bö­yük rəğ­bə­ti var­dı, ana ba­ba­sı Qa­ra­bağ­dan köç­məy­di. Ema­lat­xa­na­nın qar­şı­sın­da iri şa­ba­lıd ağac­la­rı var­dı. İs­tan­bul is­ti­si onun yar­paq­la­rın­da bu­xar­la­nır­dı. Gi­rə­cək­də mə­ni Kü­çü­koğ­lu­nun kö­mək­çi­si qar­şı­la­dı və man­sar­da də­vət elə­di.

Sər­dar bəy bö­yük bir mol­ber­tin qar­şı­sın­da da­ya­nıb, uzun-uza­dı nə­yə­sə ba­xır­dı, yə­qin Bo­ğa­zi­çiy­lə bağ­lı nə­sə çə­kir­di. Əcaib gör­kəm­dəy­di. Əy­nin­də qı­sa­qol, diz­dən yu­xa­rı göy xa­lat və gö­dək sa­rı şal­var var­dı. Aya­ğı­na məst ke­çir­miş­di. Mə­ni gö­rən ki­mi yaş, ya­şıl gül­lü dəs­mal­la əl­lə­ri­ni sil­di və əy­ləş­mək üçün yer gös­tər­di. Ema­lat­xa­na­da sə­li­qə-sah­man­dan əsər-əla­mət yo­xuy­du və baş­dan-aya­ğa rəsm­lər­lə bə­zə­dil­miş­di, da­ha doğ­ru­su, rəsm­lər ha­ra gəl­di atıl­mış­dı. Ən çox Bo­ğa­zi­çi­nin təs­vir­lə­riy­di. Gö­zəl xa­nım­la­rın na­tu­ra­dan da rəsm­lə­ri var­dı. Bu açıq-sa­çıq­lı­ğa gö­rə Tür­ki­yə mət­bua­tı hər ad­dım­ba­şı onu tən­qid elə­yir­di. İs­lam­çı­lar onun ema­lat­xa­na­sı­nı yan­dır­ma­ğa bir ne­çə də­fə cəhd də gös­tər­miş­di­lər. Bu mə­lu­mat­la­rı yol­da mə­nə Cöv­dət bəy da­nış­mış­dı və na­tu­ra­dan çə­kil­miş rəsm­lər­lə bağ­lı ona hər han­sı sua­lı ver­mə­mə­yi töv­siy­ə elə­miş­di.

Sər­dar bəy­dən öy­rən­dim ki, Zü­ley­xa xa­nım "Ba­har çi­çək­lə­ri" ad­lı gö­zəl­lik sa­lo­nu­nun rəh­bə­ri­dir, am­ma bu "çıl­ğın azə­ri qı­zıy­la" gö­rüş­mək çə­tin­dir.

- Zü­ley­xa xa­nım Azər­bay­can­dan gə­lən mü­sa­fir­lər­lə heç gö­rüş­mək is­tə­məz, - de­di.
- Siz ona mə­nim adı­mı de­sə­niz, müt­ləq gö­rüş­mək is­tə­yə­cək, - is­rar elə­dim və Zü­ley­xa xa­nım­la uşaq­lı­ğı­mı­zın bir yer­də keç­di­yi­ni, bir za­man­lar çox ya­xın ol­du­ğu­mu­zu an­lat­dım və tə­kid­lə­rim öz bəh­rə­si­ni ver­di.

­O, mə­nim in­di­yə ki­mi gör­mə­di­yim, kob­ra­ya ox­şar, iri mo­bil te­le­fon­la Zü­ley­xa xa­nı­mın nöm­rə­si­ni yığ­dı, am­ma nə­ti­cə­si ol­ma­dı. Nöm­rə ca­vab ver­mir­di, yə­qin "ə­ha­tə dai­rə­sin­dən xa­ric­dəy­di". "Mə­rak et­mə­yin, onu ta­pa­ca­yız", - Sər­dar bəy mə­nim na­ra­hat ol­du­ğu­mu gö­rüb gü­lüm­sün­dü.
Süf­rə­yə çay gəl­di. Sər­dar bəy ana ba­ba­sı­nın Qa­ra­bağ­dan gəl­mə­sin­dən, nə­sil ta­rix­çə­sin­dən (şə­cə­rə­sin­dən), İs­tan­bul­da sə­nəd­siz qal­dı­ğı­na gö­rə ba­ba­sı­nın qa­za­ma­ta atıl­ma­sın­dan qı­sa da­nış­dı və ye­ni­dən zəng elə­di. Bu də­fə te­le­fo­nu gö­tür­dü­lər. De­yə­sən, Zü­ley­xa xa­nı­mın ka­ti­bə­siy­di. Sər­dar bəy onun­la da­nı­şa-da­nı­şa ar­xa ota­ğa keç­di və bir az­dan qa­yıt­dı.

- Sən doğ­ru de­mi­sən. Zü­ley­xa xa­nım gö­rüş­mə­yə ha­zır­dır, bi­zi ofi­sin­də göz­lə­yir...

Sər­dar bə­yin sü­rü­cü­sü arif ada­mıy­dı. Zü­ley­xa Göy­çə­yin ya­nı­na ge­də­cə­yi­mi­zi eşi­dən­də gül­dü, ma­şı­nı bö­yük bir ləz­zət və məm­nun­luq­la işə sal­dı və biz Ni­şan­ta­şı səm­tə yol­lan­dıq.
Kü­çü­koğ­lu yol­da mə­nə sö­za­ra­sı an­lat­dı ki, Zü­ley­xa xa­nı­mın "gö­zəl rə­fi­qə­lə­ri" var. Və so­ruş­du ki, mən tə­sa­dü­fən on­la­ra "bax­ma­ğa" gəl­mə­mi­şəm ki? Mən "yox" ca­va­bı­nı ver­dim. Am­ma, de­yə­sən, o, mə­nim sə­mi­mi eti­ra­fı­ma bir az şüb­hə ilə, bir az da qıs­qanc­lıq­la ya­naş­dı.

"Ba­har çi­çək­lə­ri" Ni­şan­ta­şı­nın ən hün­dür mə­həl­lə­lə­rin­dən bi­rin­də yer­lə­şir­di. Zən­gin ma­li­ka­nə­lə­rin ar­xa­sın­da­kı tə­pə­lik­dəy­di. Üç­mər­tə­bə­li ya­ra­şıq­lı bi­nay­dı. Şü­şə­lə­ri ma­vi­yə ça­lır­dı. Qar­şı­sın­da şa­ba­lıd, cö­kə və pa­lıd ağac­la­rı var­dı.

Zü­ley­xa Göy­çə­yin ka­ti­bə­si və kö­mək­çi­si ves­ti­bül­də bi­zi göz­lə­yir­di. Kü­çü­koğ­lu­nu gö­rən­də gü­lüm­sün­dü­lər və "Ə­fən­di­miz, xoş gə­lib" - de­yə bi­zi sa­lam­la­dı­lar. On­la­rın üz­lə­rin­də­ki çox­mə­na­lı tə­bəs­süm göz­lə­rim­dən ya­yın­ma­dı. Bi­rin­ci mər­tə­bə­dən sa­ğa və so­la dəh­liz­lər uza­nır­dı. İçə­ri­dən cür­bə­cür ətir iyi gə­lir­di.

İ­kin­ci mər­tə­bə­yə qalx­dıq və bir ne­çə də­qi­qə­dən son­ra mən "Bo­ğa­zi­çin­də yel­kən­li gü­nəş" rəs­mi asıl­mış otaq­day­dım.

Mə­nə elə gəl­di ki, bu­ra gö­zəl­lik sa­lo­nun­dan da­ha çox dip­lo­ma­tik kor­pu­su xa­tır­la­dır və in­di gör­dü­yü­müz otaq da zi­ya­fət ve­ri­lən gu­şə­dir. Çün­ki otaq çox işıq­lı və ha­va­lıy­dı. Sol di­var­da bar yer­ləş­di­ril­miş­di. Bir qə­dər ara­lı­da bə­dən­nü­ma güz­gü qo­yul­muş­du, sağ­da di­van, kres­lo və jur­nal sto­lu var­dı.

Sər­dar bə­yin Səl­ma xa­nım ki­mi ça­ğır­dı­ğı ka­ti­bə bi­zə otur­maq üçün yer gös­tər­di və de­di ki, Zü­ley­xa xa­nım çox ya­xın za­man­da gö­rü­şü­mü­zə gə­lə­cək. Biz otur­maq­dan im­ti­na et­dik və ma­vi şü­şə­lə­rin ar­xa­sın­dan Bo­ğa­zi­çi­nə bax­dıq. Mən şü­şə­lə­rin ni­yə ma­vi ol­du­ğu­nu in­di an­la­dım. Gö­rü­nür, sa­hi­bə özü be­lə is­tə­miş­di. Uzaq­da gö­rü­nən su­lar öz rən­gin­də gö­rü­nür­dü, be­lə de­mək müm­kün­sə, önü­mü­zə aç­lıan mən­zə­rə da­ha cəl­be­di­ciy­di. Ağır yük gə­mi­lə­ri gün­ba­ta­na doğ­ru irə­li­lə­yir­di, va­pur­lar sa­hil­dən-sa­hi­lə yön alır­dı, lap uzaq­lar­da isə yel­kən­li qa­yıq­lar üzür­dü.

Mən hə­yə­can­lıy­dım. Uzun il­lər vur­ğu­nu ol­du­ğum və gö­zəl qa­dın ki­mi ob­ra­zı­nı qəl­bim­də gəz­dir­di­yim Zü­ley­xa-Ma­le­na­nı gö­rə­cək­dim.

O, gəl­di və nə gəl­di! San­ki gö­zəl bir ba­la ha­zır­laş­mış­dı və hə­min o gö­zəl bal­da öz şah­za­də­si­ni ta­pa­caq­dı, da­ha doğ­ru­su, ne­cə gö­zəl ol­du­ğu­nu ona nü­ma­yiş elət­di­rə­cək­di. Bəl­kə elə hə­min şah­za­də mən idim və uzun il­lər­dən son­ra biz bir-bi­ri­mi­zə qo­vu­şa­caq­dıq.

Mən ona bir kö­nül­dən min kö­nü­lə ye­ni­dən vu­rul­ma­ğa ha­zır idim. Am­ma təəs­süf, şair­lər de­miş, hey­hat, bu be­lə de­yil­di. Zü­ley­xa-Ma­le­na kü­bar xa­nım­la­ra məx­sus uzun ma­vi de­kol­te ge­yin­miş­di, sa­rı­şın sa­çı­nı ar­xa­ya yı­ğıb bağ­la­mış­dı, tel­lə­rin­dən bir cı­ğa ayı­rıb gö­zü­nün üs­tü­nə sal­mış­dı. Qa­ra­saç­lı Zü­ley­xa in­di sa­rı­şın mə­lək­lə­rə bən­zə­yir­di. On­da Hol­li­vud akt­ri­sa­sı­na ox­şar nə­sə var­dı.
"Ba­har çi­çək­lə­ri"­nin sa­hi­bə­si ön­cə Sər­dar bə­yə ya­xın­laş­dı. Sər­dar bəy­lə çox in­cə gö­rü­şüb öpüş­dü.

- Çox gö­zəl­si­niz, - Sər­dar bəy de­di və onu tək­ra­rən öp­dü, son­ra ge­ri çə­ki­lib, mə­nə işa­rə ilə, - mü­sa­fi­ri­miz si­zin co­cuq­luq ar­ka­da­şı­nız­mış, - de­di.

Zü­ley­xa xa­nım əv­vəl­cə mə­ni ayaq­dan-ba­şa­can süz­dü, son­ra əli­ni uzat­dı. Onun bu eti­na­sız­lı­ğı mə­ni əməl­li-baş­lı qor­xuz­du. Mə­nə elə gəl­di ki, qar­şım­da­kı bir za­man­lar gör­dü­yüm Zü­ley­xa xa­nım de­yil. O, heç mə­nim tə­səv­vü­rüm­də can­lan­dır­dı­ğım Zü­ley­xa­ya da ox­şa­mır­dı. Tək­cə za­man yox, həm də adam­lar də­yi­şir, bu­na söz yox, am­ma hiss­lə­ri­min bu qə­dər al­da­dı­cı ol­du­ğu­nu dü­şün­məz­dim.

"Ba­har çi­çək­lə­ri"­nin gö­zəl sa­hi­bə­si elə bil mə­nim tə­rəd­düd­lə­ri­mi və ke­çir­di­yim hiss­lə­ri an­la­dı, ürək­dən gül­dü və Sər­dar bə­yə tə­rəf dö­nüb:

- Əfən­dim bi­zi ba­ğış­la­yar, yə­qin, co­cuq­luq ar­ka­da­şım­la bir az baş-ba­şa qa­lar­dım.
Sər­dar bəy onu ba­şa düş­dü, ye­ni­dən Zü­ley­xa Göy­çə­yi öp­dü və mə­nə sa­rı qan­rı­lıb, - bu gö­zə­li qar­daş qar­da­şa qıy­maz, mən sə­nin­lə baş-ba­şa qoy­dum, - de­di və ge­dər­kən, - bir kö­mək la­zım ol­sa, ri­ca edi­rəm, mə­ni ara­ya­sı­nız, - de­yə əla­və elə­di.

Zü­ley­xa xa­nım mə­ni di­va­na də­vət elə­di. Bir künc­də otur­dum. O isə mə­nim­lə üz­bəüz kres­lo­ya çök­dü. Yə­ni elə eh­mal­ca otur­du ki, pal­ta­rı əzil­mə­sin. Səl­ma xa­nım bi­zə çay gə­tir­di.
U­şaq­lıq ar­ka­da­şım gö­zü­nün üs­tü­nə tö­kül­müş sa­çı­nı qu­la­ğı­nın ar­xa­sı­na ke­çir­di və de­di:

- Mən sə­nin­lə gö­rüş­məz­dim, am­ma Sər­dar bəy de­yən­də ki, sən ya­zar­san, ra­zı­laş­dım. Əs­lin­də, ya­zar­lar­dan qor­xu­ram, am­ma is­tər­dim ki, mən ölən­dən son­ra ba­şı­ma gə­lən­lə­ri qə­lə­mə ala­san. Ora­da (Ba­kı­nı nə­zər­də tu­tur­du) mə­nim haq­qım­da xo­şa­gəl­məz şa­yiə­lər do­la­şır. Am­ma söz ver ki, söh­bə­ti­miz mən hə­yat­da ol­ma­yan­dan son­ra çap olu­na­caq.

Zü­ley­xa Azər­bay­can türk­cə­sin­də an­laş­ma­ğa ça­lış­sa da, vaxt öz sö­zü­nü de­miş­di, İs­tan­bul ləh­cə­si onun da­nı­şı­ğın­da bi­rin­ci yer­dəy­di. Onun da­nı­şıq­la­rı­nı öz süz­gə­cim­dən ke­çi­rir­dim.
Son­ra o, nə fi­kir­ləş­di­sə, sə­si­ni xırp kəs­di, elə bil utan­dı.

- Unut­mu­şam ki, biz co­cuq­luq­dan bir-bi­ri­mi­zi ta­nı­yı­rıq, ba­ğış­la ki, sə­nin­lə yad adam ki­mi da­nı­şı­ram, çox­dan­dır gö­rüş­mü­rük... heç ağ­lı­ma da gəl­məz­di. O qə­dər müx­bir gör­mü­şəm ki, ha­mı­nı bir-bi­ri­nə ox­şa­dı­ram. Ba­kı­da baş­qa cür­dü axı, qo­na­ğı öz­gə cür qar­şı­la­yar­lar. Mən gə­rək sə­ni evi­mə də­vət edəm, am­ma or­da bi­zə qul­luq edən ta­pıl­ma­ya­caq. Ona gö­rə də Bo­ğa­zi­çi­nə enib "Quş ağ­zı"n­da bir na­har eli­yək, - de­di.

Mən eti­raz elə­mə­dim.

- Sa­hi­bi - müt­ləq siz­si­niz, - de­yə ara­mız­da­kı so­yuq­lu­ğu, pərt­li­yi gö­tür­mək is­tə­dim.
Biz "Quş ağ­zı"­na düş­dük, sa­hi­lə ya­xın otur­duq. Bir az­dan tös­mə­rək, am­ma os­man oğ­lan­la­rı de­miş, şık ge­yim­li bir ki­şi bi­zə ya­xın­laş­dı, da­ha doğ­ru­su, Zü­ley­xa xa­nı­ma tə­zim elə­mək üçün sto­lu­mu­za sa­rı gəl­di. Ba­şa düş­düm ki, or­ta­yaş­lı bu adam res­to­ra­nın sa­hi­bi­dir. O, Zü­ley­xa xa­nı­mın qar­şı­sın­da baş əy­di və ya­ra­şıq­lı, ağap­paq əl­lə­rin­dən öp­dü. Əv­vəl­cə sağ, son­ra da sol. Düz üç də­fə.

- Xoş gəl­di­niz, Zü­ley­xa xa­nım.
Bo­ğa­zi­çi gö­zə­li naz­la­na-naz­la­na və əday­la:
- Xoş bul­duq, Nə­cib bəy, - de­di.
- Qul­lu­ğu­nuz­da hər za­man ha­zı­ram, Zü­ley­xa xa­nım, - Nə­cib bəy be­lə de­di və ar­xa­sın­da da­yan­mış qar­son­la­ra işa­rə elə­di.

Qar­son­lar ey­ni cür ge­yin­miş­di­lər, bir boy­da­dı­lar, san­ki əkiz qar­daş idi­lər və məc­mə­yi­də­ki men­yü­nü ədəb-ər­kan­la qar­şı­mı­za qoy­du­lar, elə bil, qor­xur­du­lar ki, eh­ti­yat­sız bir hə­rə­kət xət­ri­mi­zə də­yər və sa­kit ad­dım­lar­la biz­dən uzaq­laş­dı­lar.

- Nə is­tə­yir­sən, si­fa­riş elə. - Zü­ley­xa xa­nım qo­naq­pər­vər­lik­lə de­di.
- Sən seç­sən yax­şı olar, - de­dim.
O, mə­nə adı­nı unut­du­ğum bir ye­mək tək­lif elə­di. Gö­zü­mü döy­dü­yü­mü gö­rüb onun iza­hı­nı ver­di. - Bu, lan­ge­tə ox­şar ət ye­mə­yidi.
­O­fi­siant­lar qa­yıt­dı­lar, si­fa­riş­lə­ri gö­tü­rüb get­di­lər.
Zü­ley­xa xa­nım ye­ri­ni ra­hat­la­dı və hə­ya­tı­nı da­nış­maz­dan əv­vəl bir su­al ver­di:
- Mən yo­xa çı­xan­dan son­ra hə­ya­tı­nız­da bir şey də­yiş­di­mi?
- Hər şey də­yiş­di. Hə­yə­ti­miz­də hə­yat öl­dü, - de­dim.

Zü­ley­xa elə ürək­dən gül­dü ki, san­ki onun sə­si Bo­ğa­zi­çin­də qə­rar tu­tan bü­tün ka­fe və res­to­ran­lar­da eşi­dil­di. Hər hal­da mə­nə elə gəl­di. Son­ra o, uzun müd­dət sus­du, Bo­ğa­zi­çin­də üzən ağ yel­kən­li gə­mi­lə­ri süz­dü və qəm­li-qəmli:
- Gə­mi­lər ağ ör­pək­li gə­lin­lə­rə ox­şa­yır, ta­le­lə­ri qa­ran­lıq və kə­dər­li­dir, - de­di.
­O­fi­siant­lar si­fa­riş elə­di­yi­miz ye­mək­lə­ri gə­tir­di­lər və hər iki­si bir ağız­dan:
- Afi­yət ol­sun, - de­yib get­di­lər.

davamı
XS
SM
MD
LG