Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:36

Tahir Abbaslı: «Azərbaycanda din problemi yoxdur»


Tahir Abbaslı
Tahir Abbaslı
«Azərbaycanda din problemi yoxdur. Din problem deyil, din problemin həllidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan Azərbaycan İslam Demokrat partiyasının sədri Tahir Abbaslı deyib:

«Bu son hadisələr təsadüfə oxşamır. Əhmədi Necat gəlib-gedəndən sonra bu hadisələr daha çox qabardıldı. Və bu iki ölkə rəhbərliyi arasında münasibətlərin hansı səviyyədə keçməsinin və hansı siyasi hərəkətlərin olması arxasında gizlənilib. Dindarların belə təşkilatçılıq etmək bacarığı yox idi. Az bir vaxtda etirazın belə bir keçməsi. Hesab edirəm ki, bu məsələ ətrafında bizim qardaş-bacılarımızın haqlı etirazı eşidildi».

AZƏRBAYCANDA DİALOQ YOXDUR

Tahir Abbaslının sözlərinə görə bu etirazlarda və məsələlərin belə böyüməsində daxili və xarici amillər də rol oynayıb. Amma bunun qarşısını almaq, ortaq məxrəc tapmaq da çətin deyil. Tahir Abbaslı təəssüf edir ki, Azərbaycanda təbəqələr arasında dialoq yoxdur.

«Bizdə dialoq məsələsi bu saat ciddi problemdir. İstər iqtidar-müxalifət, istər iqtidar –cəmiyyət, istər dindar-müxtəlif təbəqələr. Bir təbəqənin digər təbəqəyə yanaşma mexanizmi yoxdur».

Tahir Abbaslı son vaxtlar baş verənlərin süni surətdə şişirdilməsini, dindarlardan hakimiyyətə alternativ yaradılması barədə deyilənləri də qəbul etmir. O deyir ki, dindarların hələ demokratik təfəkkürü ortalıqda görünmür.

«Əgər xalq seçim axtarışındadırsa, bu mənada islama müraciət edə bilər. Amma hələ ki, bu görüntü Azərbaycanda yoxdur. Çünki Azərbaycanda dindarların demokratik təfəkkürü ortalığa qoyulmayıb».

«İQTİDARDAN BAŞQA YÜKSƏK İDARƏETMƏ ORTAYA QOYAN YOXDUR»

Tahir Abbaslının fikrincə hazırda iqtidardan başqa nə islamçılar, nə də müxalifət idarəetmənin modelini ortaya qoymayıb. Bunu üçünsə təfəkkürdə yenilik olmalıdır.

«Hazırda iqtidardan başqa idarəetmənin yüksək səviyyəsini təqdim edən yoxdur. Yəni tanınmış müxalifət düşərgəsindən, istər islamçılar arasında. Yeganə bir dənə idarəetmə sistemi var. Biz bunların dağılmasını, aradan getməsini istəmirik. Yəni istəyiriksə ki xalqımıza nəsə yeni bir şey təqdim edək, təfəkkürdə hərəkət olmalıdır».

Azərbaycan İslam Demokrat Partiyasının sədri İranın dindarlar vasitəsi ilə Azərbaycana təsirini də qəbul etmir. O deyir ki, İranın Ermənistana etdikləri göz qabağında olduğundan sadə vətəndaşlar bu təsir altına düşə bilməzlər. Tahir Abbaslı deyir ki, ümumiyyətlə o və onun partiyası hər hansı bir xarici dövlətin təsiri ilə Azərbaycanda hərəkatlar həyata keçirilməsinə etiraz edir.

XS
SM
MD
LG