Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:02

Sali Berişa deyib ki, Albaniyadakı hadisələr Tunis ssenarisi ilə getməyəcək


Albaniyanın baş naziri Sali Berişa ölkədəki hadisələrin Tunis ssenarisi ilə getməyəcəyini bildirib.

O, qeyd edib ki, heç kim hakimiyyəti zorla ələ keçirə bilməyəcək.

Cümə günü Albaniyanın paytaxtı Tiranada polislə nümayişçilər arasında baş vermiş toqquşmada 3 adam ölüb.

Hökuməti korrupsiyada ittiham edən nümayişçilər onun istefasını tələb edirlər.

Nümayişi müxalifətdə olan Sosialist partiyası təşkil edib.

Avropa Birliyi, ATƏT və Birləşmiş Ştatlar nümayişdə 3 adamın ölümündən təəssüf bildirib və hər iki tərəfi kompramisə gəlməyə çağırıblar.
XS
SM
MD
LG