Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:06

Azərbaycan XİN-i xəbərdarlıq edir: Tunisə getməyin!



Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tunisdə baş verənlərlə bağlı xəbərdarlıq yayıb. Nazirliyin rəsmi saytında bildirilir ki, yanvar ayının ortalarından Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlayıb. Nəticədə çoxlu insan həlak olub və yaralanıb:

“Tunis hökuməti 2011-ci il yanvarın 14-dən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Saat 18:00-dan 05:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulub”.

Bu səbəbdən XİN Tunisə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmağı, vacib olmadıqda səfərlərini təxirə salmağı tövsiyə edir.

Eyni zamanda XİN tövsiyə edir ki, Tunisdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşları ölkədə elan olunan mövcud qaydalara əməl etsinlər, iğtişaşlara qarışmasınlar və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə, səfirliyin Tunisdəki ofisinə müraciət etsinlər”.
XS
SM
MD
LG