Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:35

AXCP Gənclər Komitəsinin üzvündən soraq yoxdur


Bir gündən çoxdur ki, AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin yeri bilinmir.

Ailəsi və yaxınları polisə müraciət etsələr də hələ ki, bir nəticə yoxdur.

AXCP Gənclər Təskilatının sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna martın 4-ü saat 12-dən sonra onunla əlaqə olmadığını bildirib:

“Bizim gənclərdən biri cümə günü Facebook-da Dəyanətlə bağlı elan verib.
Azad Abdiyev adlı biri Dəyanətin internet klubda bir neçə adam tərəfindən onun yanından aparıldığını yazır.
Dünən bütün günü onun telefonu bagl olub.”

Əbülfəz Qurbanlı hesab edir ki, Dəyanət Babayev siyasi fəaliyyətinə görə saxlanib.

Dəyanət Babayev bundan əvvəl iki dəfə həbsdə olan gənc fəal Cabbar Savalanın məhkəməsinin keçirildiyi binanın qarşısında da saxlanıb.

Qeydiyyatda oldugu Neftçala polis söbəsi isə ona zəng açaraq bölməyə çağırıb.

Daxili Islər nazirliyinin mətbuat xidmətindən Orxan Mansurzadə AzadlıqRadiosuna məsələnin aaraşdırıldığını bildirib.
XS
SM
MD
LG