Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:20

Eynulla Fətullayev İlham Əliyevə məktub yazıb


Eynulla Fətullayev
Eynulla Fətullayev
Həbsdə olan jurnalist Eynulla Fətullayev prezident İlham Əliyevə şəxsi məktub yollayıb.

Bu barədə AzadlıqRadiosuna məhbus-jurnalistin vəkili Anar Qasımov məlumat verib.

Vəkil deyib ki, martın 12-də 1 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevlə görüşüb.

Anar Qasımov: «Eynulla Fətullayev prezidentə şəxsi məktub göndərib və ümid edir ki, prezident onu azadlığa buraxacaq. O, prezidentə müraciətində ətrafında yaranmış mürəkkəb vəziyyətə müdaxilə etməsini xahiş edib. Qeyd edib ki, onun azadlığa çıxması yalnız prezidentin iradəsinə bağlandığından ümid edir ki, prezident onun həbsdə qalmasını istəyən qüvvələrin arzusunu puç edəcək».

Vəkil deyir ki, Eynulla Fətullayev hələ də öz istəyi ilə karserdə saxlanılır. Səhhəti ağırlaşsa da, vəkilin xahişinə baxmayaraq, tibb məntəqəsinə köçürülmək, hər hansı tibbi yardım almaq fikrində olmadığını bildirib. Eynulla Fətullayev bunu həyatına təhlükə hiss etdiyi üçün karserdən çaxmaq istəməməsi ilə əlaqələndirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə «Mediaforum»a bildirib ki, Eynulla Fətullayev karserdə yox, öz xahişi ilə təkadamlıq kamerada saxlanılır.
XS
SM
MD
LG