Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:34

Cəlil Cavanşir. Aldatmaq... ağlatmaq... ovutmaq


Məni aldatmaq asandı

Bir gülüş

Bir öpüş

Ya da süzgün gözlərlə baxıb

Saçlarınla oynamağın

“Sən yaxşı insansan” deməyin

Bir də dəniz qədər dərin gözlərində

Oxuduğum sevgi.

Yandırar...yandırar...yaxar

Bu gözəlliklər ki, var

Aldadar məni gülüm, aldadar...



Məni ağlatmaq asandı

Buludlu havalar

Həzin bir musiqi

Gözlədiyim bir telefon zəngi

Alar məni özümdən

Uzaqlara uçurar.

Gecənin gec saatlarında

Dinlədiyim bütün mahnılar

Ağladar məni gülüm, ağladar...



Məni ovutmaq asandı

əllərimi tutub

gözlərimə baxıb

dağılmış saçlarıma

çəkdiyin bir tumar

Və ya titrəyən səsinlə

Telefonun o başından

“Səni çox istəyirəm” deməyin

Səsindəki həzinlik

Gözlərindəki xumar

Ovudar məni gülüm, ovudar...
XS
SM
MD
LG