Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:19

Balayar Sadiq. Külqabı, Yaşamaq düsturu...


KÜL­QA­BI


Qa­dın­lar kül­qa­bı­dır...
Sön­müş eh­ti­ras­la­rın
mə­za­rı­dır kül­qa­bı­lar.

Da­ha bir
bən­zət­mə ax­tar­ma­ğa
ha­lım yox...

Mən­cə
ana­lar gül qa­bı­dır...

Bəs sən
nə fi­kir­də­sən, oğ­lum?


YA­ŞA­MAQ DÜS­TU­RU

Göy­də­lən­lə­ri
kər­piç-kər­piç lə­pə­lə­nir
bu şə­hə­rin...

Qa­ğa­yı­la­rın
toz bas­mış sə­si­nin
rəs­mi­dir
zi­bil­lik­də eşə­lə­nən
kü­çə it­lə­ri.

Üzü­nü yu­ma­ğa
bir ovuc
su tap­mır də­niz.

Bu­ra­da dü­şün­cə­lər
qı­sır qa­dın­dır...
Qo­ru­yu­cu va­si­tə­lə­rə
ve­ri­lən pul­la­rın üs­tün­də
xə­ca­lə­tin
bar­maq iz­lə­ri yox...

Göydələnləriylə
göy üzünü cırmaqlayan
bu şəhərdə
həqiqətin şalvarını
boynuna qalstuk eləyiblər...

Daha keçib,
bir ovuc
həyasızlıq borc ver,
üzümdəki həyanı silim...

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG