Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:44

Xaqani Hass. Müasir insanın iyi, Burdalıq, Ölümün taleyi















Müasir insanın iyi


Bilirsiniz, niyə pis iy gəlir şəhərimizdən?
Bir tikə çörək xatirinə yüz tikə pox yeyir
müasir insan.

Allahın on illik fəaliyyəti

Doğmur,
doğulmur,
doğurtmamalıdır
doğurtur
Yekə başlı qotlar,
qırx ayaqlı vandallar
Yanus üzlü despotlar doğurtur
Allah özünü doğrultmur


Ölümün taleyi

Ölümü axtarıb ölüdə tapırlar
Ölüdə ölümdən əlamət yoxdur.
Ölü cansızdır, ölüm diri
Ölü uzanıb, ölüm yeriyir
Ölü danışmaz,
heç vaxt danışmaz
Ölüm isə hər yerdə sözünü deyir
Ölünün borcu olmur.
Ölümünsə borcu var
hamımıza borcu var.

Ən qara xəbər ölüm deyil
bəzən, ölə bilməməkdir

Birdən gördüm yaşayıram
yəni, məsələn üşüyürəm
qorxdum.
Elə bilirdim yoxam
qadınlar yoxdur /
sevgiləri, dodaqları yoxdur.
kirayə pulu, işıq pulu qaz pulu yoxdur.
Mamon yoxdur,
Mamonun oğlu yoxdur,
ona əyilənlər yoxdur.
Çoxdandır yox idim
Birdən üşüdüm,
həm də qapı döyüldü.


Burdalıq

Bu gün mən burdayam,
otuz yaşım var,
əzilməkdəyəm.
İndi məndən ancaq diktator olar.

Məzlumların qabarlı əlləridir,
düşünən başlarıdır
zalımları yaradan
Fəhlə daş hörərkən,
Uşaq baxçaya gedərkən,
Ağ səhifənin üstündə
Şair qələm oynadarkən,
Evdar qadın evindəcə döyülərkən
doğulur zalım,
doğulur və böyüyür...
....................................................
İndi məndən ancaq diktator olar.

Alatoran
XS
SM
MD
LG