Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:57

Eurovision.tv Ell və Nikki haqqında yazıb


Azərbaycanı Eurovisionda təmsil edəcək Ell və Nikkinin Running Scared mahnısının məşqi olub. Onlar yarış günü geyinəcəkləri kostyumda olmayıblar. Mahnını ifa etməyə başlayanda bak vokalçılar Ell və Nikkinin qarşısında dayanırlar. Sonra onlar geri çəkilir – onların arxasından ifaçılar görünür. Səhnəyə bir neçə projektor işıq salır.

DÜMAĞ SƏHNƏ VƏ GÜCLÜ İŞIQ


Arxadakı böyük LED ekrandan narıncı rəngdə xəfif işıqlar düşür. Musiqi gücləndikcə səhnə dümağ olur və projektorların işığı güclənir.

Bu mahnı orta templi rok musiqisindən ilhamlanmış xəfif pop musiqisi kimi təsvir oluna bilər. Səhnədəki şou da bunu olduqca çox yaxşı əks etdirir. Musiqi yekunlaşanda isə işıqlar başlanğıc vəziyyətinə qayıdır. Sonda çoxlu priotexniklərdən istifadə olunur.



Mahnının ifasında xeoqrafiya kifayət qədər sadə, lakin ifa üçün çox effektivdir. Musiqinin ritmi və tonu ilə çox yaxşı ahəng yaradır. Qəfil hərəkətlər yoxdur, bütün diqqət vokala yönəlir. Bu vokal da həm Elldə, həm də Nikkidə çox güclüdür. Səhnədə 2 müğənni və 4 bak vokalçıdır. Başqa heç nə yoxdur. 2010-cu ildə Səfurənin ifasında isə çoxlu səhnə qurğuları, müxtəlif effektlər vardı.

«AMAN ALLAH BURA NECƏ DƏ BÖYÜKDÜR»

«Eurovision TV» də səhnədəki ilk məşqi izləyib. Nikki səhnəyə çıxanda heyrətini gizlətməyib. O səhnənin ortasında dayanaraq bunları deyib: «Aman Allah, bura necə böyükdür. Ağlasığmazdır, fantastikdir. Mən şokdayam. Heç vaxt belə böyük səhnədə olmamışam».

Nikki deyib ki, onların ifasında müəyyən dəyişikliklər edilib: «Bilmirəm ifamız, hərəkətlərimiz necə olacaq. Çünki hələ də yeni ideyalar verilir».

Duet oxumaq Nikki üçün yaxşı bir təcrübədir. Baxmayaraq ki, Eldarla onun arasında fərqlər var: «Duet çox yaxşıdır. Eldar çox yaxşı oğlandır. Düşünmək olardı ki, belə bir duet oxumaq çox çətin olacaq. Çünki o, ballada oxuyur, mən isə adətən, RB (ritm bluz) stilində oxuyuram. Lakin buna baxmayaraq bizdə duet çox yaxşı alınır».

«SƏHNƏYƏ ÇIXANDA HƏYƏCAN KEÇİRMİRSİNİZSƏ...»


Mətbuat konfransında isə onlardan həyəcanlı olub- olmamaları haqqında soruşublar. Eldar deyib ki, «əgər siz səhnəyə çıxanda ifaçı kimi həyəcan keçirmirsinizsə, demək heç nə hiss etmirsiniz».

Səhnə ilə bağlı isə Eldar deyib ki, Düseldorfdakı nəhəng səhnəni görəndə deməyə söz tapmayıb. Nigar isə deyib ki, Avropanın bu məşhur şousunda iştirak etmək çoxdankı arzusu idi, indi bu arzusuna çatıb.

İKİ UŞAQLI EVDAR QADIN


«Mən 2 uşaqlı evdar qadın idim. Altı ay əvvəl bunu heç arzulaya bilməzdim».
Nigar «həyat yoldaşınız başqa bir oğlanla romantik mahnı ifa etməzinə etiraz etmir ki» sualına isə belə cavab verib: «Əlbəttə ki, yox».

Sevdiyi mahnılarına gəldikdə Nigar 2009-cu ildə Böyük Britaniyanı təmsil etmiş Jadenin «It's My Time» mahnısını, Eldar isə 2005-də Chiaranın oxuduğu «Angel» mahnısın xoşuna gəldiyini bildirib.

Cütlük öz mahnılarını da ifa edib.
XS
SM
MD
LG