Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:55

ABŞ Suriyanı “barbarlıqda” ittiham etdi


ABŞ Suriya prezidenti Bəşər əl-Əsəd hökumətini etirazçılara qarşı "barbar ölçügötürməyə" görə ittiham edib. Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Suriya hərbisi Dəraa şəhərində gəncləri həbs edib, elektrik və kommunikasiya xətləri kəsilib. O, deyib ki, bu cür davranış "tamamilə barbar yanaşmadlr".

Bu ərəfədə fəallar bildiriblər ki, Suriya təhlükəsizlik qüvvələri bu gün Banias şəhərində reydə başlayıblar.

Qırmızı Xaç Komitəsi təcili olaraq yaralananlar və həbs edilənlərlə görüş imkanı verilməsini tələb edir. Dəraa şəhərində vəziyyət xüsusilə gərgindir. MArtın 18-də baş qaldıran üsyandan sonra keçən həftə hökumət əsgərlər və tanklarını bu şəhərə göndərib.
Fəallar bütün Suriya boyu həbslərin davam etdiyini bildirirlər.
XS
SM
MD
LG