Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:42

Dialoqun vaxtı çatıbmı?


Zahid Oruc
Zahid Oruc
Ermənistanda hakimiyyətlə müxalifətin dialoqu başlayıb. Hakimiyyətin artıq müxalifətin ilkin şərtlərini qəbul etdiyi bildirilir. Bura siyasi məhbus hesab edilən şəxslərin azad edilməsindən tutmuş, şəhərin mərkəzində aksiyalar keçirilməsinə şəraitin yaradılması kimi bir sıra məsələlər daxildir.

Bəs Azərbaycanda hakimiyyət və müxalifət təmsilçiləri dialoq mövzusuna necə baxırlar?

Zahid Oruc:

«İNDİKİ GERÇƏKLİKDƏ DİALOQU MÜMKÜN SAYMIRAM»

«Ermənistanın daxili siyasi həyatı ilə Azərbaycan arasında hər hansı paralellər aparılmasını düzgün saymıram. Çünki şərtlər eyni deyil. Hətta dialoq halında belə Ermənistan bununla Azərbaycandan demokratik olduğunu sübut edə bilməz. Süngü üzərində öz hakimiyyətini bərqərar etmiş Sarkisyan rejimi daxildə müvazinətini itirən kimi bu məsələləri gündəliyə gətirir. İndi geniş meydanların verilməsi və bir sıra siyasi hüquqların tanınması Ermənistanın beynəlxalq aləmdə üzünü ağartmayacaq.

Həqiqətən də dialoq Azərbaycanda siyasi sistemin problemlərindən biridir. Bunun başlıca səbəbi də qarşılıqlı tanımazlıqdır. Faktiki 93-cü ildən bəri müxalifət hakimiyyətin legitimliyini tanımadığından özünün legitimliyi də sual altına düşüb. 2003-cü ildə ikinci yeri tutan Müsavat özünün ikinciliyini tanısaydı, bununla da gələcək dialoqun yolu açılardı. Mən indiki gerçəklikdə dialoqu mümkün
Mehman Cavadoğlu
saymıram...».

Mehman Cavadoğlu:

«AZƏRBAYCANDA BİR AZAD VƏ ƏDALƏTLİ SEÇKİ OLARSA...»

«Doğrudan da son vaxtlar Ermənistanda siyasi cəhətcən çox mühüm irəliləyişlər oldu. Ermənistan hakimiyyəti müxalifətin mitinqlərdə irəli sürdüyü tələbləri qəbul etdiyini bildirdi və bununla da dialoq üçün yeni mərhələ açıldı. Biz hər gün, hər saat dəyişən dünyada yaşayırıq. Dünyada gedən proseslər bizim gözlərimiz qarşısında baş verir. Kim bu proseslərlə ayaqlaşacaqsa, onunla uyğunlaşacaqsa, qalib də o, olacaq. Təbii ki, qarşı tərəf Kazan görüşü ərəfəsində özünün demokratik imicini yaratmaq istəyə bilər. Ancaq rəqib bu amildən istifadə edirsə, biz nədən bundan istifadə etməyək? Azərbaycan müxalifəti xeyli müddətdir köklü islahatlar tələb edir. Hakimiyyət isə daim bu tələb və təkliflərə barmaqarası yanaşıb və müxalifətlə anlaşma yolu tutmayıb. Bu da cəmiyyətdə qarşıdurma ovqatı yaradır. O ki qaldı müxalifətin hakimiyyəti legitim saymamasına və onun özünün legitimliyinin tanınmamasına, bunun bir səbəbi var. Azərbaycanda bir azad və ədalətli seçki olarsa, bu problem avtomatik aradan qalxmış olar...».

XS
SM
MD
LG