Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:22

İctimai Palatanın «Yol xəritəsi»nə müxalifətdən fərqli baxışlar


Fazil Qəzənfəroğlu
«Panorama» verilişində suallara Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu cavab verir.

Fazil Qəzənfəroğlu:

«BİZ YUXARIDAN İSLAHATLARIN KEÇİRİLMƏSİNƏ ÜSTÜNLÜK VERİRİK»

- Bizim parlamentdə təmsil olunmayan müxalifətdən əsas fərqimiz yuxarıdan islahatların keçirilməsinə üstünlük verməyimizdədir. Özümüzü inandırmayaq ki, hansısa bir seçki ilə ölkədə vəziyyət dəyişə bilər. Mən də başa düşürəm, yuxarıdan islahatlar aparmaq çətindir. Məsələn, korrupsiyaya qarşı mübarizə strategiyasını götürün. 2 ay əvvəlki çıxışlarla indiki çıxışları müqayisə edin. Artıq korrupsiyaya qarşı mübarizənin əsər-əlaməti qalmayıb. Vergi və digər qurumlar yenə 2 ay əvvəlki səviyyədə rüşvətlərini alırlar. Bu, o deməkdir ki, komanda siyasətin belə davam etməsinə qarşı çıxdı. Ancaq biz siyasətçiyik. Mütləq nəticələr uğrunda mübarizə aparmırıq. Biz cəmiyyətin tədrici uğurları üçün mübarizə aparırıq. Hakimiyyəti də buna məcbur etməliyik. Məncə, İctimai Palata da bunu etməli idi. Təbii, hərə öz yolunu seçməkdə azaddır. Məncə, prezident korrupsiyaya qarşı mübarizəyə başlayarkən bu mübarizəni müdafiə etməli idilər. Bir növ korrupsiyaya qarşı mübarizəyə onu vadar etmək lazım idi. Bunun daha çox müsbət effekti ola bilərdi.

Tofiq Yaqublu:

«KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ONLARIN SÜQUTU OLAR»

Tofiq Yaqublu
- Buyurun, baxın. Bu, müasir dünya, bu da ortalıqda olan diktatorlar. Təcrübədə olubmu ki, hansısa diktator və ya korrupsioner rejim özü-özünü islah etsin? Əslində, biz də istəyirik ki, hakimiyyət özü islahatlara getsin, cəmiyyətdə qarşıdurmalar, təlatümlər yaşanmasın. Bir var deyəsən, ay prezident, yanındakı korrupsioneri uzaqlaşdır. Bir də var kütləvi aksiyalar keçirəsən, hakimiyyət buna icazə ver. Əhalinin tələbi ilə prezidentin mübarizəsi də asanlaşar...

- Tofiq bəy, Siz korrupsiyaya qarşı mübarizədə prezidentlə onun komandasını ayırırsınızmı? Mən belə başa düşdüm Fazil bəy ayırır.

Tofiq Yaqublu:


- Əsla. Avtomobil yanacaqsız işləyə bilmədiyi kimi, bu hakimiyyət də korrupsiyasız yaşaya bilməz. Korrupsiyaya qarşı mübarizə onların süqutu olar. Bunu özləri də başa düşürlər və kütləvi aksiyalara icazə vermirlər. Sadəcə, «Ərəb inqilabları» başlayarkən cəmiyyəti, dünyanı aldatmaq istəyirdilər. Biz demirik ki, bir seçki ilə vəziyyət dəyişər. Ancaq demokratik seçkilər keçirilmiş olarsa, hakimiyyət geri çəkilər. Biz deyirik ki, belə cəmiyyətlərdə hakimiyyətlər yalnız cəmiyyətin təpkisi ilə real islahatlara başlaya bilər...
XS
SM
MD
LG