Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:46

Emin Milli təhsil almaq üçün xaricə gedib


Emin Milli
Emin Milli
İyunun 16-da blogger, insan haqları fəallarının keçmiş siyasi məhbus saydıqları Emin Milli nəyahət ki, xaricdə təhsillə bağlı ölkəni tərk edə bilib.

Emin Milli Böyük Britaniyada John Smith proqramı üzrə təhsil almaq hüququ qazansa da, bu yaxınlarda onu sərhəddə geri qaytarmışdılar. Bloggerə bildirmişdilər ki, üzərində şərti azadlıqdan məhrum edilmə cəzası olduğu üçün onun xaricə buraxa bilməzlər.

Emin Milli həmkarı Adnan Hacızadə ilə birlikdə 2009-cu ildə Bakıda restoranlardan birində xuliqanlıq törətməkdə ittiham edilib, biri iki, digəri isə iki il yarın azadlıqdan məhrum edilmişdi. Amma insan haqları fəalları onların internetdə yaydıqları tənqidi videoçarxa görə həbs edildiklərini bildirirlər.

Onlar 2010-cu ilin noyabrında vaxtından əvvəl şərti cəza ilə azadlığa buraxılıblar.
XS
SM
MD
LG