Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:05

Yol Patrul Xidməti Alayının 13 əməkdaşı işindən uzaqlaşdırılıb


Arxiv foto
Arxiv foto
Bu günlərdə Baş Dövlət Yol Polisi idarəsi Yol Patrul Xidməti Alayının 13 əməkdaşı işindən uzaqlaşdırılıb, 1 taqım komandiri tutduğu vəzifədən azad edilib, Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin iyunun 20-də yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu ilin yanvarında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının tapşırıqlarına əsasən nazirlikdə Tədbirlər Planı hazırlanıb.

«Bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər keçirilməsinə, müsbət nəticələrin əldə olunmasına baxmayaraq, təəssüf ki, mövcud nöqsanlar tam aradan qaldırılmayıb və korrupsiya hüquqpozmalarına meylli polis əməkdaşlarına hələ də rast gəlinir», DİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Nazirlik bildirir ki, bu günlərdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yol hərəkəti qaydalarını pozan sürücülərlə münasibətdə şəxsi maraqları güdən yol polisi əməkdaşları işdən uzaqlaşdırılıb və bir neçə yüksək vəzifəli şəxs isə cəzalandırılıb.

HƏMÇİNİN OXU:

«İntizamsız sürücü Yol polisini sevə bilməz!»
Yol polisinin radar tələsi?
Yol polisi cərimə pullarını mənimsəyir?
Yol polisi rüşvət almır?
Polis yolda sürücüdən pul alır - VİDEO
XS
SM
MD
LG