Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:45

Bakı yolları… Reydlər nəyi üzə çıxardı?


Vaqif Əsədov
Vaqif Əsədov
«Yol hərəkətində mədəniyyətin formalaşmasına böyük ehtiyac var və cəmiyyətin hər bir üzvü öz məsuliyyətini dərk etməlidir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov söylədi.

O dedi ki, şəhər sakinlərinin hər biri bu işdə Yol Polisinə yardımçı olmalıdır:

«Küçə və yollarda hərəkət edərkən intizamlı olmalıyıq. Yol hərəkəti qaydalarına əməl etməklə, yol mədəniyyətini nümayiş etdirməliyik. Qaydalara hörmət həm də özünün və başqalarının təhlükəsizliyi kimi başa düşülməlidir».

AVTOMOBİLLƏRİN KONSTRUKSİYASI DƏYİŞDİRİLİR

Vaqif Əsədov Yol Polisinin apardığı reydlər nəticəsində paytaxt küçələrində xeyli pozuntular aşkarlandığını bildirdi:

«Bir ay ərzində avtomobilində konstruksiya dəyişikliyi aparan 82 sürücü saxlanıb və barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Rusiya istehsalı olan «VAZ-2106» və «VAZ-2107» markalı avtonəqliyyat vasitələrinin ön hissəsində müəyyən hissələr quraşdırılaraq asfalt səthdən qaldırılır və yaxud yük yeri hissəsinin yayları müəyyən ölçüdə kəsilərək asfalt səthə yaxınlaşdırılır. Bu da konstruksiya dəyişikliyidir»..

PƏRDƏLİ, PLYONKALI, HƏM DƏ MUSİQİLİ...

Yol Polisinin rəsmisi pərdəli, bir də plyonkalı idarə olunan avtomobillərlə bağlı da tədbir gördüklərini açıqladı:

«Son günlər pərdəli və plyonkalı idarə edilən 120-dən artıq avtomobil sürücüsü barədə inzibati protokollar tərtib edilib. Avtomobillərdə çox avazlı, yüksək tonlu, səsi artırıb-azaldan siren və musiqili səs siqnallarının quraşdırılmasına qarşı da təsirli tədbirlər görürük. Keçən ilin iyununda Yol Hərəkəti Qaydalarına edilən dəyişiklərdən sonra avtomobillərdə bu tipli siqnalların quraşdırılması qadağandır.
«Qaydalara hörmət həm də özünün və başqalarının təhlükəsizliyi kimi başa düşülməlidir»
Təkcə səs siqnalları ilə bağlı 160 avtonəqliyyat vasitəsinin sürücüsünə cəza tətbiq edilib».

TƏBLİĞAT XARAKTERLİ VERİLİŞLƏRƏ EHTİYAC VAR

Vaqif Əsədov bu sahədəki pozuntuları aradan qaldırmaq üçün təbliğat xarakterli verilişlərə ehtiyac olduğunu bildirdi:

«Güman edirəm ki, bu yöndə aparılacaq mütəmadi təbliğat işləri Yol Polisi əməkdaşlarının müsbət göstəricilər əldə etməsinə yardımçı olacaq».

PİYADALARLA BAĞLI VƏZİYYƏT ÜRƏK AĞRIDANDIR

Vaqif Əsədov piyadalarla bağlı vəziyyətin daha ürək ağrıdan olduğunu söylədi, dedi ki, təyin olunmayan yerdən keçən piyadaların avtonəqliyyat vasitələrlə vurulması ümumi qəzaların 52 faizini təşkil edir:

«Bu, çox yüksək göstəricidir. Paytaxt ərazisində müasir standartlara cavab verən 40-a yaxın piyada keçidi var. Təəssüf ki, bu keçidlərdən istifadə edilməməsi son nəticədə yol-nəqliyyat hadisələrinin artımına səbəb olur. Düzdür, bu keçidlər nəzarətə götürülüb və məcburi olaraq piyadaların buradan keçməsini təmin edirik. Amma bu ilin yanvarından əməkdaşlarımızın keçirdiyi tədbirlərdə 700-ə qədər piyada təyin olunmayan yerlərdən keçdiyi üçün saxlanılıb və 10 manat cərimə edilib».

--Vaqif Əsədov daha nədən gileyləndi? Mental xüsusiyyətimiz Yol Hərəkəti Qaydalarının hansı maddəsinə əməl etməkdə bizə mane olur?

--Reydlər daha çox hansı ərazilərdə aparılır?

--Yol-nəqliyyat hadisələri ən çox nəyin ucbatından baş verir?

--Keçidlərdən istifadə vərdişini necə yaratmaq olar?

- Milli Ordunun yarandığı günlə bağlı keçiriləcək hərbi paradda Bakı yolları hansı imtahandan keçəcək?


«Can Bakı»nı elə bu səhifədən dinləyə bilərsiniz.
XS
SM
MD
LG