Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:07

Vaqif Səmədoğlu. Dəlixanada axşamdır...


Dəlixanada axşamdır,
Dəli Qabil yer süpürür.
İnsan hər yerdə insandır
Ölməyibsə, ömür sürür.

Sıraya düzüb sayırlar
Sanitarlar bizi səhər.
Dünyanı gəzə bilirik
Qapıdan hasara qədər.

Burda gərək lal olasan,
Danışmasan, söyülməzsən.
Söyüləndə yerə girib
Orda qalsan döyülmzsən.

Burda gərək yaşayasan
Hər gün şükür deyə-deyə.
Səhər kələm, gündüz kələm,
Axşam kələm yeyə-yeyə...

1983
XS
SM
MD
LG