Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Ramiz Rövşən. Şam


Füzulinin xatirəsinə

Yüz illərdi bir şam yanır,
Küləklər söndürə bilmir,
Yüzlərlə əllər uzanır,
İşığını dərə bilmir.

Qaranlıqsa solu-sağı,
Yanan şamın nə günahı?!
Əriyir, tökülür yağı,
Ölür, ölür, ölə bilmir.

Gilə-gilə, damla-damla
Günbəgün üzülən canla,
Ağlayır hər ağlayanla,
Hər gülənlə gülə bilmir.

Qızındırır yazıqları,
Qorxuzur yalquzaqları,
İşıqladır uzaqları
Öz dibini görə bilmir...
XS
SM
MD
LG