Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:11

Mətləb Muxtarov. Sevgili yorğanımdan ayrılarkən


Saatları dəqiqələrə və saniyələrə

Dəqiqələri saatlara bölmək
Saniyələrlə yaşamaq və
günlərlə ölmək ,deyilmi həyat?

İndi bu boş otağın dörd bir yanından,
Hücuma keçən,
məni təkləyən hava molekullarının
qiyabi baxışlarında gizlənən fikirlər.
Sol əlimi qələmə,
sağ əlimi boğazıma bağlayan.
Ayaqlarımı yerə ilişdirən edam qurğusu.
Küsən...sonra barışan...sonra ağlayan,
əllərinin zərbələriylə sinəmdə ritm tutan uşağın,
gur saçları qədər qara,
zil qara qaranlığın son işartılarındayam.
Havanın çirkləndiyi şəhərdə,
rəssam fırçasının dişlərimə çəkdiyi yaşıl,
yam-yaşıl ağacların oksigenindən nəfəs alıram.
Bilirəm,
mən bu zamandan gələcəyə geri qalıram.
Amma, ancaq, lakindən sonra gələn sözlərin
önündəki vergül qədər əyri hərflərin
yaratdığı sözlər arasındakı boşluğu dolduran.
Bəlkə də boşaldan...
Ya da qurd ordusuna başçılıq eləyən tülkü kimi,
tülkü kimi sarı vərəqlərin və
yarpaqların arasında itən,
yəqinki,tərk edilən nişan üzüyü...
Sevgililərin unutduğu...
Qışda soyuqdan donmağa,
yayda istidən yanmağa unutduğu...
Qiymətli dəmir parçası kimi...
Sübh tezdən yuxulu azan səsiylə
və itlərin ulaşmasıyla birgə
şəhəri,
gecəni,
Dünyanı oyatmağa çalışan məscid kimi...
Yatmaq-vaxt itkisi deyil.
Yatmaq-gözlərin bir neçə saatlıq istirahətidir.
Səni görməkdən,
dünyanı görməkdən,
hamını görməkdən yorulan gözlərin.
Sevmədiyi bədənə məhkum,
sevmədiyi mühiti görən gözlərin,
istirahət saatlarıdır-yatmaq.
Yatmaq-yaşamağın simvolik anlamıdır.
Saatlarla yaşamaq,
dəqiqələrlə ölmək,
saniyələrlə nəfəs almaq kimi....
Yatmaq...



Yalamaq Fəlsəfəsi

Cəhənnəmdə su od qiymətinədir.
Amma neft ucuzdur.
Qır qazanında yanarkən tərləmək,
duzlu suyun yanaqdan tökülüb,
dodaqda dayanması və dilini çıxarıb...
yalamaq-şəhvətin pik nöqtəsidir.
Yalamaq-həyat tərzidir.

Məsələn:
Etiraz etməklə öz həyatını
dondurma kimi yalayıb bitirirsən.

Məsələn:
Yazmaqla və yaltaqlanmaqla
kiminsə dalını yalayırsan.
Hərdən yazmaq yaltaqlıqla sinonim olur.

Əlimdə tutduğum
balaca heykələ bənzəyən xoruz sömürcəyi
eks sevgilimin eks dodaqları qədər şirin.
Yalayıram...sevə-sevə bitirirəm.
Böyükləri tanrı qorusun,amin.
Böyüklər yalanmaqla bitməz.

Böyüklərin ayaqlarını
hər gün süpürgəçilər süpürür.
Silib-süpürürlər,amma yalamırlar.
Yalamaq - həyat tərzidir.
Bunu deyə bilmirəm süpürgəçilərə.

Qürur -bir qutu marixuanadır.
Az-az başlayıb,
çox-çox bitirirsən...
həm özünü, həm qutunu...
Qürur belə zibildir.
Ümumiyyətlə, qürur zibildir
Zibil yığışdıranlar bu üzdən qürurludur.

Buqələmun kimi dəyişən həyat fəlsəfəm,
Bir gün yalatdıracaq mənə keçmişi.
Ya da bu günün ağzından tökülən suyu içərkən,
yanımdan keçən azyaşlı ''Kişi''
gülərək su qabını mənə atacaq:
''Al, cəhənnəmdə lazım olacaq''



Sevgili Yorğanımdan Ayrılarkən

Hava soyuqdursa, üşümə.
Geyin məni üstünə...

vallah doğru deyirəm.
Bax, allah sözünün qarşısında,
v hərfi çox düzgün,
həmdə qeyri-mümkün səslənir.
V - varlıq deməkdir.
Sənin varlığın, mənim varlığım.
Allahın varlığı...
Bir gün yoxluğuna öyrəşərsə yoxluğum,
V-nı xatırlayacam.

Hava soyuqdursa, üşümə.
Geyin məni üstünə...

Boşqabın içindəki yumurta sarısı.
Bişirilməyini gözləyir.
Sarı ayrılıq rəmzidirsə,
Bir ayrılığı bişirəcəm indicə...

Hər ayrılıqda bir barmaq izi var.

Bizim ayrılığımızda tanrının barmaq izləri
Bəlkə indi görnürük.
Bəlkə bir cinayəti görəməyəcək qədər kor.
Eşitməyəcək qədər kar.
Qocalanda görəcəyik.
Yetmiş yaşında ateist olma riski.
Bir qutu siqaret və iki şüşə viski.
İçsəm də boğazım quruyur.
Sənin susuzluğunu yatırmaz içki.
sevgindən bir qurtum ver,içim.
Boğazım quruyub...boğazım...

Ölüm iyi vərən qocalıq.
Boş bir otağ
və insan bədənindən bezmiş yataq.
Yorğandan keçib, iliyimə işləyən soyuq.
Üşüyürsən...üşüyürəm...gəl...
Gəl,gəyinim səni üstümə.
Nə mən üşüyüm, nə sən üşümə...
XS
SM
MD
LG