Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:13

Rusiya prezidenti hüquqşünas Sergey Maqnitskinin ölümünü “kədərli hadisə” adlandırıb


Rusiya prezidenti Dmitry Medvedev həbsxanada ölən rusiyalı hüquqşünas Sergey Maqnitskinin ölümünü “kədərli hadisə” adlandırıb. O deyib ki, Maqnitski 2009-cu ilin noyabrında ölüb və uzun müddət Rusiya həbsxanalarında bu, kədər doğurub.
Sergey Maqnitski bəzi məmurları korrupsiyada günahlandırmışdı.

Medvedev Maqnitskinin yaşadığı Nalçik şəhərində Rusiya insan hüquq müdafiəçiləri komissiyasının rəhbərləri ilə görüşündə bu barədə danışıb.

Sergey Maqnitski Daxili İşlər Nazirliyini 230 milyon dollarlıq vergi fırıldağında ittiham edəndən az sonra nazirlik onu vergidən yayınma ittihamı ilə saxlamışdı.
Rusiya hüquq müdafiəçiləri bildirir ki, Sergey Maqnitski həbsxanada yetərli tibb xidmət almadığı üçün ölüb.
XS
SM
MD
LG