Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:25

Beynəlxalq Bankda kredit qalmaqalı…


Samir Əliyev
«İşdən sonra» proqramında ekspertlər Samir Əliyev və Nazim Məmmədov AzadlıqRadiosunun Beynəlxalq Bankla bağlı araşdırmasını müzakirə edirlər.

Samir Əliyev:

«Bu problem Azərbaycanın bank sistemində əslində çoxdan var. Bu, əsasən gizli saxlanılırdı. Bu araşdırma artıq o gizlinlərin bir hissəsini üzə çıxardı. Məsələ ondan ibarətdir ki, problemli kreditlər bu gün Azərbaycanda problem olaraq qalır. Bunun həm mütləq mənada, həm nisbi baxımdan getdikcə həcmi artır. Problemli kreditlərin həcminin artması ümumilikdə bank sisteminə mənfi təsir göstərir. Gələcəkdə bunun qarşısı alınmazsa, daha arzuolunmaz fəsadlara gətirib çıxaracaq...».

Nazim Məmmədov:

«Bank sektorunda problemli kreditlərin aktuallığı 2008-ci ildən sonra başlayıb. Təbii ki, Beynəlxalq Bank Azərbaycanın bank sektorunda ən yüksək paya malik olan bankdır. Bu bankın 50 faizdən çoxu dövlətə məxsusdur. Bu bankın həm resursları çoxdur, həm bu banka dövlət dəstəyi var, həm də ki, müxtəlif layihələr bu bank vasitəsilə həyata keçirilir. Eyni zamanda, bu bankın qonşu dövlətlərdə müxtəlif nümayəndəlikləri var və bu dövlətlərin iqtisadiyyatında da önəmli rol oynamağa başlayıb. Ona görə bu banka ictimai diqqətin olması çox vacibdir».

Samir Əliyev:

Nazim Məmmədov
«Mərkəzi Bank tərəfindən vaxtı keçmiş kreditlərin həcmi barədə verilən məlumatlar reallığı tam əks etdirmir. Ölkədəki 44 bank üzrə vaxtı keçmiş kreditləri araşdırdıqda, bunların həcmi haradasa 550 milyona yaxın bir rəqəm edir. Ancaq Beynəlxalq Bankın həmin müddətə vaxtı keçmiş kreditlərinin həcmi 675 milyon edir. Göründüyü kimi, bir Beynəlxalq Bankın problemli kreditlərinin həcmi ümumilikdə 44 bankın vaxtı keçmiş kreditlərinin həcmindən çoxdur».

Nazim Məmmədov:

«Bəzən banklar öz statistik məlumatlarını obyektiv səbəbdən gizli saxlayırlar. Çünki rəqabət var. İstənilən bankın əmanətçiləri bankın ümidsiz kreditlərinin çox olmasını nəzərə alıb, vəsaitlərini geri çəksələr, o bank bankrot olar. Bu baxımdan banklar doğru statistikanı ictimaiyyətə açıqlamırlar. Ancaq bundan təbii ki, Mərkəzi Bankın məlumatı olmalı idi və o müəyyən tədbirlər görməli idi...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG