Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:38

Prezidentlər Minsk qrupunun son təkliflərinə reaksiya verəcəklərini vəd ediblər


Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri - Bernard Fassier, Robert Bradtke və Iqor Popov Qarabağ danışıqlarındakı son vəziyyətlə bağlı bəyanat yayıblar.

Həmsədrlər bildirirlər ki, iyulun 11-18-də Moskva, Vilnüs, Bakı və Yerevana səfər ediblər.

Onlar əvvəlcə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşərək Qarabağ danışıqlarındakı son vəziyyəti müzakirə ediblər.

Daha sonra həmsədrlər Vilnüsda olublar. Onlar ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri Audronius Azubalis-lə görüşərək onu Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilmiş görüşündən sonra danışıqlardakı vəziyyət haqda məlumatlandırıblar.

Bundan sonra həmsədrlər Bakı və Yerevanda olublar, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

“Həmsərdlər hər iki prezidentə sülh danışıqlarının son mərhələsinə adlamaq üçün baza prinsipləri üzrə çərçivə razılaşmasının əldə edilməsinin çox vacib olduğunu bir daha bildiriblər. Onlar vurğulayıblar ki, indi siyasi iradə nümayiş etdirməyin vaxtıdır. Bu, bölgəyə davamlı sülh, təhlükəsizlik və barışıq gətirilməsi üçün mühümdür. Prezidentlər söz veriblər ki, çərçivə sənədi üçün təklif edilmiş ən son təkliflərə tezliklə reaksiya verəcəklər. Onlar həmçinin sülhə nail olmaq üçün Minsk qrupu ilə işləməkdə davam edəcəklərini də bildiriblər”.
XS
SM
MD
LG