Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:43

İqtisadi böhran - Azərbaycan üçün perspektivlər


Foto: Arxiv
Foto: Arxiv
İqtisadçı-ekspertlər Nazim MəmmədovSamir Talıbov dünyadakı iqtisadi proseslərin Azərbaycana təsirindən danışırlar.

Samir Talıbov:

«Bizim oliqarxlar bizneslərinin çox hissəsini xaricdə saxlayırlar. Aktivlərinin çoxu xaricdədir. Milyardlarla dollar vəsaitlər qoyulub. Fransada, Türkiyədə, İsveçrədə, Böyük Britaniyada. Çoxu daşınmaz əmlaka qoyulur. Bəziləri turizm sektoruna, bəziləri otelçiliyə, restoranlara qoyurlar. Dünyada böhran olanda, bu aktivlərin çoxunun qiyməti aşağı düşür. Məsələn, bir qrup Azərbaycan oliqarxı İtaliyada 4 zavod almışdı. O zavodlara milyonlarla dollar pullar xərclənib. Orada texnoloji avadanlıqlar və paltar, geyim istehsal olunurdu. O zavodlar indi dayanıb. Çünki böhrandır. Çünki italyan malları keyfiyyətlidir, brendlərdir. Amma onları heç kim almır. Hamı Çin malı alır. Məhz bu problemə görə bir neçə bank Azərbaycanda çox pis vəziyyətə düşüb. Çünki vəsait üçün kredit vermişdilər. Belə faktlar çoxdur. Azərbaycan hökuməti 2007-ci ildə sevinə-sevinə dövlət neft şirkəti – «Petkim»i aldı. 2 milyard 40 milyon dollar pul xərclədilər. Böyük vəsait idi. Azərbaycan 51 faiz səhmə malik oldu. Amma 2008-ci ilin sonlarında «Petkim»in səhmlərinin qiyməti 52 faiz ucuzlaşdı... Bu formada böhranın Azərbaycana təsiri var...».

Nazim Məmmədov:

«Azərbaycanda həqiqətən «kölgə iqtisadiyyatı»nı azaltmaq çox vacibdir. Çünki heç kimə sirr deyil ki, dövlət resursundan öz şəxsi resursu kimi istifadə edən nazirlər, nazirliklər, holdinqlər mövcuddur. Biz də dolayı yolla bilirik ki, bu vəsaitlərin əksər hissəsi xarici ölkələrə daşınıb. Əslində, bu vəsaitlər Azərbaycan iqtisadiyyatına sərf olunsaydı, daha səmərəli olardı Azərbaycan xalqı üçün. Bu vəsaitlərin əksəriyyəti belə demək olarsa, oğurluq vəsaitlərdir. Hər şeyi adı ilə demək lazımdır. Azərbaycanda belə hadisələrin az olması üçün məmurun məsuliyyəti artırılmalıdır. Gəlir deklarasiyaları olmalıdır. Vəsaitlərin geri qayıtması üçün maliyyə amnistiyalarının tətbiq olunmasının mən əleyhinəyəm. Belə vəsaitlərin ölkəyə qayıtması düzgün deyil. Çıxarılıbsa, bunun cavabdehliyi olmalıdır. Məmura kifayət qədər yüksək maaş verilməlidir ki, onun qeyri-leqal gəlirlərə, şəxsi biznesə həvəsi olmasın, vaxtı çatmasın…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG