Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:58

Rəsmiyyə Sabir. Sözlə savaş


Bir ilahi SÖZ bilir,
Özünə simsar məni.
Qoymur özümdən gedim,
Qoymur bu hasar məni.

Ömrümün gülşən çağı,
Qəm oldu başım tacı,
Dərdlərim dar ağacı,
İçimdə(n) asar məni.

Qələm – külüng,
söz – bir dağ,
Qazdıqca qazıyacaq,
Əldən düşəndə torpaq,
Bağrına basar məni.
XS
SM
MD
LG