Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:01

Anti-korrupsiya: Hədəf hərbi komissarlıqlardır


Üzeyir Cəfərli
Üzeyir Cəfərli
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və hərbi ekspert Üzeyir Cəfərli hərbi komissarlıqların nümayəndələrinin həbsi barədə fikirlərini bölüşürlər.

Üzeyir Cəfərli:

«Hətta kompyuter imkanlının uşağını tanıyır ki, onu Gəncə şəhərinə salır. Nədənsə onu nə Murova, nə Gədəbəyə, nə də Naxçıvana təyin etmir. Hər şeyi adı ilə çağırmaq lazımdır. Artıq iki çağırışdır ki, Baş Qərargah rəisi faktiki olaraq çağırış prosesini boykot edir. Ali Baş komandanın sərəncamını Baş Qərargah rəisi yerinə yetirmir. Əsgərlərin bölgüsü məsələsinə indi Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi baxır. Hərbi komissarlıqların önündə asılan lövhələrdə onun imzası durur. Bəs Baş Qərargah rəisi haradadır? Müdafiə Nazirliyinə çağırışçıların maddi maraqlar müqabilində bölünməsi ilə bağlı məruzə olunandan sonra Müdafiə nazirinin əmri ilə komissiya yaradıldı. Komissiya çağırışçıların bölgüsünü aparır və siyahı hərbi komissarlıqlara göndərilir. Necə olur ki, dövlət məvacibi ilə dolanan generalların bir neçə yerdə bahalı obyektləri, mülkləri olur. Həmin o çağırışlardan faydalanırlar. Bir sözlə, korrupsiya əməlləri «Parlament prospekti 3»də baş verir...».

Əliməmməd Nuriyev:

Əliməmməd Nuriyev
«Əsgərlərin hərbi hissələrə göndərilməsində müəyyən dəyişikliklər baş verdi. Amma bu dəyişikliklər bütövlükdə bu sistemdə olan neqativ, korrupsiya hallarının qarşısını ala bilmədi. Müdafiə Nazirliyinin müəyyən strukturları arasında ciddi rəqabət var. Bu rəqabət bir sıra hallarda hərbi nizamnamənin normalarına zidd olur. Çünki Müdafiə Nazirliyində bir qayda olaraq vahid mərkəziyyət prinsipi var. Deməli, bu prinsipin pozulması halı baş verir. Mənim üçün də aydın deyil ki, hərbi komissarların və yaxud da onların müavinlərinin korrupsiya ittihamı ilə məsuliyyətə cəlb edilməsinin əsasları nədir. Bunlar maliyyə-təsərrüfat funksiyasını həyata keçirmirlər ki, burada müəyyən bir mənimsəmələr olsun. Çünki mərkəzləşmiş qaydada vəsaitlər ayrılır. Çağırışçıların bölüşdürülməsi isə hərbi səfərbərlik idarəsi tərəfindən həyata keçirilir. Bunun üçün kompyuter sistemi tətbiq olunmalı idi. Mən bilmirəm indi bu sistem tətbiq olunub ya yox? Bizdə məlumatlar var ki, elit və yaxud arxa hərbi hissələrə şəxslərin seçilməsi prosesi baş verir. Müəyyən məbləğlər səslənir. İndi səslənən məbləğlər bu sistem tətbiq edilməmişdən öncəki məbləğə nisbətən 5-6 dəfə artıb. Amma bu prosesdə hərbi komissarlıqların nümayəndələrinin iştirak etməsi mövcud vəziyyətdə istisna haldır...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG