Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:21

Oktay Haqverdiyev: «Azərbaycanda iqtisadiyyatın yarısı 4 holdinqin əlindədir»


Oktay Haqverdiyev
Oktay Haqverdiyev
«İşdən sonra» proqramında ekspertlər Oktay Haqverdiyev və Kənan Aslanlı qiymətlərin qalxması və maaşların sabit qalması barədə fikirlərini bölüşürlər.

Oktay Haqverdiyev:

«Azərbaycanda bir neçə holdinq var. 3-4 belə holdinq var. Bir holdinqin tərkibində 30-a yaxın müəssisə var. Onun təxminən 17-si ərzaq müəssisəsidir. Bundan başqa, xidmət sahələri var, otelləri var, tikinti var, bank var. Bunların hamısı bir holdinqin içindədir. Onları idarə etmək çox asandır. Çünki bunu bir nəfər idarə edir. Onun içində gedən proseslərə başqa holdinq müdaxilə edə bilməz. Demək, Azərbaycanda qeyri-neft sektoru tamamilə 4 holdinqin əlindədir. İqtisadiyyatın yarısı bu holdinqlərin içindədir. Belə olan halda, mənim imkanım olmayacaq bir kilo ət almağa, alacağam yarım kilo ət. Amma onun qoyduğu qiymətlə. Bu da onu göstərir ki, Azərbaycanda rəqabət yoxdur…».

Kənan Aslanlı:

Kənan Aslanlı
«Tələbatın artdığı dövrlərdə - bayramqabağı qiymətin artması iqtisadi qanunauyğunluq baxımından doğrudur. İnhisarçılıq məsələsinə gəldikdə isə, burda bir az da şans məsələsi var. Bəlli insanlar o dövrdə inhisarçı mövqeyi tuturlar, şəbəkələşirlər. Daha sonra bunun bir sosial virus effekti olur. Çox böyük yan sahələrə təsir edir. Bu, cəmiyyətdə talantlı insanların karyera yüksəlişinə mane olmaqdan tutmuş insanların artıq xərclərə düşməsinə qədər sosial fəsadlar verir. Burda insan təbiətində olan hakimlik mövqeyini itirməmək ehtirası dayanır. Mən burda bundan başqa bir səbəb görmürəm. İnsan hansısa hökmran mövqeni tutursa, onu itirməmək və status-kvonu saxlamaq meylinə sahib olur…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG