Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:58

Musa Əfəndi. Ağlamaq gözəldir


Günəşi qucaqla,
Qurutsun deyə axan göz yaşını…
Həyata bax başqa bucaqdan,
Yeni düşüncələr üçün sil yaddaşını…

Axan iki damcı yaşla
Dərdlərini yu, yeni həyata başla…

Küləyi tut əllərinlə,
Hesab versin apardığı hər göz yaşına görə,
Sonra sus. Yağışın səsini dinlə…

Ağlayacaq, səhnəyə dözməyib ürək…

Və ağlayacaq
Dünyanın göz yaşında tutulan hər balıq,
Düşün bir anlıq,

Sən də durmadan ağla…
Ağla…

Və sonra günəşi qucaqla,
Qurutsun axan hər göz yaşını…
XS
SM
MD
LG