Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:29

Ombudsman Naxçıvandakı ölümün səbəblərini araşdırır (VIDEO)



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun ölümü ilə bağlı araşdırma aparılıb məlumat verilməsini istəyir.

Qurumun internet səhifəsində yer alan müraciətdə ATƏT‑in Bakı Ofisi və digər mənbələrə istinad edilir.

Qeyd olunur ki, həmin məlumatlarda avqustun 24-də Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığı, həmin gün evə qayıtmadığı, orada zorakılığa məruz qaldığı, bir gün sonra isə cəsədinin Mərkəzi Xəstəxananın meyitxanasına verildiyi, 28 avqustda isə qohumlarına xəbər verilmədən yaşadığı kəndə aparıldığı bildirilib.

Müvəkkil istəyir ki, Baş Prokuror və Milli Təhlükəsizlik naziri bu deyilənlərin araşdırıb nəticəsi barədə ona məlumat versin.

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılan Culfa rayon Ərəzin kənd sakini Turac Zeynalov evlərinə ölü olaraq göndərilib.

Turac Zeynalovun qardaşı İsa Zeynalov «Turan»a deyib ki, avqustun 24-də mərhum Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və geri qayıtmayıb.
XS
SM
MD
LG