Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:08

Azərbaycan-Amerika dialoqunda İslam söhbəti...


Hikmət Hacızadə
Hikmət Hacızadə
Politoloqlar Fərhad MehdiyevHikmət Hacızadə «Wikileaks» saytında Azərbaycanda islamla bağlı yazılan məlumatları şərh ediblər.

Hikmət Hacızadə:

Azərbaycanda demək olar ki, siyasi islam yoxdur. İslam partiyası o qədər də populyar deyil və seçki yolu ilə o hakimiyyətə gələ bilməz. Rus demişkən «tem bolee» bizdə heç seçki də yoxdur. Amma ayrı-ayrı qruplar var ki, misal üçün hansısa terror aktı həyata keçirə bilər. Belə qruplar var. Onlar haqqında biz bilirik, eşidirik,
Həmçinin bax:

cürbəcür hadisələr olur, məhkəmələr görürük. Düzdür bu məhkəmələrə nə qədər inanmaq olar ya olmaz onu demək çətin məsələdir. Onların çoxu obyektiv keçirilmir. Amma terror aktı təhlükəsi var. Xırda radikal dini qruplar var, hansı ki o məsələyə yönəliblər. Ancaq hərdən Azərbaycan hökuməti və ya Azərbaycan kimi ölkələrin hökumətləri bundan spekulyasiya kimi istifadə edir ki, bizdə söz azadlığı, sərbəst toplaşmaq azadlığı yoxdur, çünki bizdə belə qruplar var və biz azadlıq versək burda partlayar və İslam radikalları hakimiyyətə gələr. Bu tamamilə səhv fikirdir.

Fərhad Mehdiyev:

Fərhad Mehtiyev
Hökumətlər Orta Asiyada və Azərbaycanda din azadlığına qarşı qısqanclıqla yanaşırlar. Bir çox dövlətlərdə siyasi hakimiyyət öz xeyri üçün dindən istifadə edir. Həm cəmiyyətdə itaəti, nizam-intizamı təmin etmək üçün dindən istifadə edirlər. Çünki din normaları həm əlavə əxlaq qaydalarıdır ki, ən azından cəmiyyəti idarə etmədə bunlar yardımçı olur. Bizdə bu proses alınmır. Çünki 70 illik SSRİ dönəmində din azadlığı qadağan idi. Bu zamandan sonra siyasi hakimiyyətlər bu prosesə nəzarət edə bilmirlər. Bundan qorxurlar ki, dindən öz xeyirləri naminə istifadə etdikcə din onların əleyhinə çevrilər. İbadət və dini duyğular əhali üçün bir ehtiyacdır. Bunun qarşısını heç kim ala bilməz. SSRİ-də bunu saxlaya bilmədi. İnsanlarda dinin inanclar qaldı. Yəni din azadlığına hörmətlə yanaşmaq lazımdır. Biz demokratiyanın tərəfdarıyıq. Biz dini cəmiyyətimizi və həyatımızı o qədər buraxmalıyıq ki, bu demokratiyanın əsas sütunlarına zərbə vurmasın.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG