Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:08

Ərəstun Oruclu: «Azərbaycan hakimiyyəti ilə İran arasında böyük əməkdaşlıq var»


Ərəstun Oruclu
Ərəstun Oruclu
AzadlıqRadiosunun «İşdən sonra» verilişində «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu «Wikileaks» teleqramlarında Azərbaycanın xarici siyasəti barədə yazılanları şərh edib.

«Bu teleqramları təhlil etdikdə biz çox maraqlı səhnə ilə üzləşirik. Hər dəfə Azərbaycan hakimiyyəti birinci şəxs səviyyəsində bildirir ki, o, İrandan çəkinir. Nə terrorizm, nə islamçılar, nə də neft yataqları məsələsində İranla münaqişəyə gedir. Yəni, doğrudanmı İran ABŞ, Türkiyə, Rusiya, Avropadan daha güclüdür, daha təhlükəlidir? Mən belə hesab etmirəm. Ən azı ona görə ki, İlham Əliyevi İran prezidenti təyin etməyib. O, özü bunu yaxşı bilir. O, onu prezident təyin edənlərdən daha çox ehtiyatlanmalıdır, çünki onlar onu eyni qaydada da kənarlaşdıra bilərlər. Hesab edirəm ki, bu, İrandan ehtiyatlanmaq deyil, onunla əməkdaşlıq etməkdir…».

Ərəstun Oruclu deyib ki, bu əməkdaşlıq rəsmi deyil, ona görə də üzdə görünmür. Politoloq bu əməkdaşlığa dair sübutlar da gətirib:

30-DAN ÇOX İRAN TƏŞKİLATI AZƏRBAYCANDA QEYDİYYATDAN KEÇİB

«Teleqramlarda İlham Əliyev deyir ki, Türkiyə Azərbaycana islam dinini eksport etmək istəyir. Bəyəm cənab İlham Əliyev bilmirmi ki, İran islamı Azərbaycana çoxdan eksport edib? Yaxşı bilir. Çünki həmin hakimiyyət İranın 30-dan yuxarı humanitar, mədəni və sairə təşkilatlarını Azərbaycanda qeydiyyatdan keçirib. Amma həmin teleqramlarda NDİ - Milli Demokratiya İnstitutunun qeydiyyat məsələsinin nə qədər mübahisə doğurduğu göstərilir. Azərbaycanda əksər Qərb təşkilatlarının qeydiyyatı yoxdur. Amma 30-dan yuxarı İran təşkilatı Azərbaycanda qeydiyyatdan keçib. Avropanın, o cümlədən Türkiyənin bir bankı 100 faizlik kapitalla Azərbaycanda fəaliyyət göstərmir. Amma «Bank Melli Iran» Azərbaycanda 100 faizlik kapitalla işləyir».

Ərəstun Oruclu teleqramlarda Azərbaycan siyasətinin ana xəttinin belə analiz edib:

AZƏRBAYCAN HAKİMİYYƏTİNİN XARİCİ SİYASƏT STRATEGİYASI YOXDUR

«Bu teleqramlarda bir neçə ana xətt görünür. Biri budur ki, Azərbaycan hakimiyyətinin xarici siyasət strategiyası yoxdur. İkinci budur ki, ABŞ ən azı son illər, Vaşinqtonda administrasiya dəyişdikdən sonra Azərbaycan siyasətində ilk olaraq prioritet demokratiyanı, insan haqlarını, islahatları qoyur. Azərbaycan hakimiyyəti isə çox təkidlə buna müqavimət göstərir. Üçüncüsü, teleqramlar Azərbaycan hakimiyyətinin siyasi, diplomatik danışıqlar səviyyəsinin nə dərəcədə aşağı olduğunu göstərir…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG