Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:29

Zahid Oruc «Wikilieks» və müxalifət barədə


Deputat Zahid Oruc
Deputat Zahid Oruc
«Wikilieks-dən sonra mən İlham Əliyevin obrazını daha güclü gördüm».

AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan deputat Zahid Oruc belə deyib. Verilişdə çıxışını əsasən müxalifəti tənqid üzərində qurmağa çalışan iqtidaryönlü «Ana Vətən» partiyasının sədr müavini İctimai Palatanın «Demokratiyaya yumşaq keçid» yol xəritəsinə də münasibət bildirib. Onun fikrincə bu sənəddə 90-cı illərin elementlərini görür:

«İstər yumşaq keçid, istərsə də yol xəritəsi adlandırılan bu sənədlərdə mən 90-cı illər elementini çox görürəm. Bu qüvvələrdə belə bir təsəvvür var ki, Azərbaycan o dövrün reallıqları ilə eyni bir vəziyyətdə yaşayır. Müasir dövrün tələbləri baxımından o sənəddə irəli sürülmüş fikirlər nə qədər yerindədir? Mən bunu göz önünə gətirmək istəyirəm. Azərbaycanın dövlət qurumları, dövlət təsisatı sistemi formalaşıb, idarəetmə quruluşu oturuşub».

Həmçinin bax:
«GÜCLÜ HAKİMİYYƏT ZƏİF MÜXALİFƏT MODELİNDƏ DİALOQ İSTƏMİR»

Zahid Orucun fikrincə hakimiyyət bu modeldə olan müxalifətlə dialoqa getmək istəmir:

«Güclü hakimiyyət zəif müxalifət modelində dialoq işləmir. Müxalifət dialoq üçün güclənməlidir. Sözün həqiqi mənasında. Müxalifətin cəmiyyətdə gedən proseslərə təsir gücü o səviyyəyə gəlib çatmalıdır ki, hakimiyyət hiss etməlidir ki, bu prosesləri irəliyə aparmaq üçün müxalifətlə konsensus tapılmalıdır. Bu konsensus müxalifətdən keçməlidir. Bu gücü müxalifətdə hiss etmədiyinə görə hakimiyyət elə hesab edir ki, filan addımları atmaq üçün mən niyə müxalifətlə bir masa arxasında əyləşməliyəm? Yalnız siyasi mədəniyyət naminəmi?».

Zahid Oruc müxalifətin fəaliyyətsiz olduğunu deyib:

«Bizim də mövqeyimiz bir çox hallarda ayrı-ayrı insanların fəaliyyətinə münasibətdə çox kəskin olur. Lakin onlardan fərqli olaraq biz reallığı tanıyırıq. Uğuru tanıyırıq. Göstərilən hər hansı mövqeyə müsbət münasibəti göstəririk. Bunu bəyan edirik. Qoy müxalifət də bu nailiyyətləri qazansın. Müxalifət bir dənə bu beynəlxalq yazışmalarla yarım abzas barometr olaraq bir sənəd alıb gətirmiş olsaydı bu gün bizim əleyhimizə onu daha yaxşı səsləndirə bilərdilər».

Wikileas
ZAHİD ORUC «WİKİLEAKS» BARƏDƏ

«Wikileaks» açıqlamalarına da münasibət bildirən deputat deyib ki, bu telqramlardan sonra dünyaya yeni nəzərlərlə baxmaq imkanı yarandı:

«Biz gördük ki, meydanda əks fikiri səsləndirmək, tribunadan qəhrəmanlıq demarşları deməkdənsə, bağlı qapılar arxasındakı böyük siyasətdə, amansız savaşda öz ölkəsinin maraqlarını qorumaq daha dəhşətdir, daha böyük mübarizlikdir. «Wikilieks»-dən sonra mən İlham Əliyevin obrazını daha güclü, peşəkar, güzəştsiz, Azərbaycanın maraqları adına bağlı bir insan kimi görməkdəyəm».

MÜXALİFƏT YENİLƏŞMİR

Zahid Oruc deyib ki, müxalifət Azərbaycanda ən azı on il üçün hakimiyyət uğrunda mübarizədən imtina etməlidir:

«Müxalifətin fəaliyyəti hakimiyyət uğrunda mübarizə aparan dəstənin fəaliyyətidir. Bununla belə Azərbaycanda qarşıdakı ən azı onillik dövr üçün müxalifət hakimiyyət uğrunda mübarizədən imtina etməlidir. Qoy onlar xarici siyasətə dair baxışlarını ortaya qoysunlar, qoy söyləsinlər ki, Rusiya ilə davranışlarını necə seçərdilər, İrana dair mövqelərini ortaya qoysunlar. İslahatlara dair model təklif etsinlər. Qarabağ probleminin həlli yollarını göstərsinlər. Təhsil islahatlarını göstərsinlər. Yəni alternativliyin modeli ortalığa gəlsin. Cəmiyyət onu görsün».

Bütün bu dediklərinə səbəb kimi isə deputat müxalifətin yeniləşməməsində görüb:

«Müxalifət yeniləşmir. Yeni ideyalar istehsalına qabil deyil. Müxalifətin ideya zavodu işləmir. Kadr rotasiyası etmir».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG