Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:42

Rövşən Qəmbərovun redaktor yönləndirməsi


Etimad Başkeçid


RÖVŞƏN QƏMBƏROVUN REDAKTOR YÖNLƏNDİRMƏSİ

Bu günlərdə «Azadlıq» radiosunun saytında Rövşən Qənbərovun «Kamal Abdullanı xorla tərifləmək…» məqaləsini oxudum.

Məqalənin məzmununu buradan təkrarlamaq istəmirəm, onu yəqin siz də oxumusunuz. Bu mənada elə başlığa göz atmaq kifayətdir.

Sözün açığı, bu məqaləyə şərh yazmış hörmətli Zeynal Məmmədlinin ardınca mənim də fikrim belədir ki, «redaktor» xeyli fərqli anlayış və məsuliyyətdir – doğrudur, redaktorun bütün ictimai məsələlər üzrə öz dəqiq mövqeyi olsa yaxşıdır, lakin nəşrin əməkdaşlarını və potensial yazarlarını açıq-açığına yönləndirməyə xidmət edən məqaləylə çıxış etməmək ondan da yaxşıdır.

Rövşən bəyin məqaləsini oxuduqdan sonra həyatımızda gerçəkdən mövcud olan, lakin məntiqlə izah edilə bilməyən paradoksal situasiyaları xatırlamaya bilmirsən.

Digər tərəfədən, Rusiya, Fransa, Türkiyə, uzaq Braziliya kimi zəngin ədəbi ənənələri olan ölkələrin tanınmış ədəbiyyatşünasları (Lev Anninski, Lyudmila Lavrova, Sergey Qontsov, Klod Aliber, Andre Brinyon, Nazif Okumuş, Ali Duymaz, Sutxa Svarnakar və s.), görəsən, bu «xor»un harasında dayanır?

Bunların başında isə, Epimenid paradoksu gəlir: «Kritli deyir ki, bütün kritlilər yalançıdır».

Sənətkar yazır ki: «Romanın (söhbət Kamal Abdullanın sonuncu, «Unutmağa kimsə yox» romanından gedir – E.B.) bir qüsuru yoxmuş kimi onu boğazdan yuxarı tərifləyən, "ədəbi tənqid" adıyla oxucuya sırıdıqları yazıları "semiosfera", "paralel dünyalar" və s. gurultulu terminlərlə bəzəyən, əsəri hətta "şedevr" elan edən alim, yazar xoru dözülməz idi (bu "debat" indi də davam edir)»; «Biri-o birini tənqid edir ki, sənin arqumentlərin zəifdir, əsəri bax belə tərifləyərlər» və s. və i.a.

Rövşən bəy Kamal Abdullanın romanı haqqında yazanları bu kimi sözlərlə tərif edəndən sonra, əslində onu necə tərifləmək lazım gəldiyini bəyan eləyir:

«Mən Kamal Abdullaya heç vaxt "rektor adamdı, vəzifəsinin qorxusundan nə yaza bilər ki?" yarlığı ilə yanaşmamışam.

Məsələn, onun "Yarımçıq əlyazma" romanını oxumadan "yarımçıq əsər" adlandıran yekəxana gənc yazarlara acımışam; «Yazıçı-rektor özünün də içində olduğu elmi dairələrdə ölkə tarixini savadsızcasına, zorla "qədimləşdirmək" cəhdlərinə gülür; «O, elmi, sənəti kor-koranə siyasi konyukturaya uyğunlaşdırmaq cəhdlərini qəbul etmir»; «demək istəyir ki, bu günkü dərdlərinizin, problemlərinizin kökündə bax beləcə reallıqdan uzaq düşməyiniz, lovğalığınız, sizi əhatə edənlərə ağılla, məntiqlə yox, kimlərinsə hazırladığı hazır qəliblər çərçivəsində yanaşmağınız dayanır»; Son romanıyla eyni trilogiyadan olan "Yarımçıq əlyazma" Dədə Qorqud dastanının, bir də Şah İsmayılın tarix kitablarından oxuduğumuz həyat hekayətinin postmodernistcəsinə yenidən yazılmasıdır. və s. və i.a.

Epimenid bu nöqtədə dincəlir…

Əslində məqaləni paradokslardan daha çox, aporiyalar bəzəyir. Yəni, məntiqi

nöqteyi-nəzərdən düzgün, lakin uydurulmuş və reallıqda mövcud ola bilməyən nəsnələr.

Məsələn, Kamal Abdullanın əsərlərini tərifləyənlər «xor»unu Rövşən bəy hardan tapıb çıxarır, məlum deyil.

Təkcə onun adını çəkdiyi «Yarımçıq əlyazma» ilə bağlı yazılanlara ötəri diqqət yetirmək kifayət eləyir ki, bu iddianın tamamilə yanlış mülahizələr əsasında irəli sürüldüyünü görəsən.

Bu əsər haqqında tənqidi, hətta təhqiramiz yazılar yazmış müəlliflərin adlarını burada qeyd etməyə belə ehtiyac yoxdur. O qədər bəlli məsələdir yəni. Bunun harası «xor»dur?

Digər tərəfədən, Rusiya, Fransa, Türkiyə, uzaq Braziliya kimi zəngin ədəbi ənənələri olan ölkələrin tanınmış ədəbiyyatşünasları (Lev Anninski, Lyudmila Lavrova, Sergey Qontsov, Klod Aliber, Andre Brinyon, Nazif Okumuş, Ali Duymaz, Sutxa Svarnakar və s.), görəsən, bu «xor»un harasında dayanır?

Məqalədə tikişi görünən başqa mətləblər də xirtdəyə qədərdir.

Kamal Abdullanın tutduğu vəzifə icabı «zərərsiz» tarixi mövzulara müraciət etməsi mülahizəsi də fiksiyadır; bəlli olduğu kimi, sözügedən trilogiya – «Yarımçıq əlyazma» Dədə Qorqud zamanından, «Sehrbazlar Dərəsi» ortaçağ hadisələrindən, sonucu «Unutmağa kimsə yox» isə müasir dövrdən bəhs edir. Yazıçı bu xronoloji ardıcıllığı gözləməklə təkcə estetik mülahizələrdən çıxış etmir, bu trilogiya cəmiyyətimizin tarixi evolyusiyasının son dərəcə özünəməxsus şərhidir.

Əgər Kamal Abdulla yalnız sırf tarixi romanlar yazmış olsaydı, bəlkə də, Rövşən bəyin bu mülahizəsinə ciddi yanaşmaq olardı.

Amma bu fakt da yoxdur ortada. Olsaydı belə, bu burada hansısa qaranlıq mətləblərin olduğuna dəlalət etməzdi.

Diqqətinizə görə sağ olun!

kulis.az

Həmçinin oxu

Tehran Əlişanoğlu. Xorda oxumağı sevmirəm
Kamal Abdullanı xorla tərifləmək
XS
SM
MD
LG